SON XƏBƏRLƏR

DAK Gənclər təşkilatının Güney Azərbaycan Milli Hökumətinin yaranmasının 63-cü il dönümü munasibətilə və Gənclər Təşkilatının İdman Deportamentinin 3-7 Dekabr qardaş Türkiyə Cümhuriyyətində Karate üzrə Dünya Çempionatında uğurlu iştirakı ilə bağlı dəyirmi

2021.10.20, 07:36
DAK Gənclər təşkilatının Güney Azərbaycan Milli Hökumətinin yaranmasının 63-cü il dönümü munasibətilə və Gənclər Təşkilatının İdman Deportamentinin 3-7 Dekabr qardaş Türkiyə Cümhuriyyətində Karate üzrə Dünya Çempionatında uğurlu iştirakı ilə bağlı dəyirmi

Gunaz.tv
DAK Gənclər təşkilatının Güney Azərbaycan Milli Hökumətinin yaranmasının 63-cü il dönümü munasibətilə və Gənclər Təşkilatının İdman Deportamentinin 3-7 Dekabr qardaş Türkiyə Cümhuriyyətində Karate üzrə Dünya Çempionatında uğurlu iştirakı ilə bağlı dəyirmi masa keçiriləcəkdir Tarixdən bildiyimiz kimi 1945-ci il 12 dekabr Güney Azərbaycanda Seyid Cəfər Pişəvərinin başçılığı altında Milli Hökümət qurulmuşdur. Azərbaycan Türklərinin Milli ideologiya tarixində önəmli yer tutan Güney Azərbaycan Türklərinin Milli Hökuməti, tarixi şərait baxımından ağır bir dönəmdə yaradılsa da bu tarix Güney Azərbaycan Türklərinin ideoloji, siyasi təşkilatlanmasında sonrakı dövrlər üçün ciddi stimul oldu. Həmin dövrlərin, Mürəkkəb beynəlxalq siyasi münasibətlər sistemi kimi xaraktrizə olunduğunu, nəzərə alsaq Güney Azərbaycan Türklərinin nə qədər milli ideologiya yolunda qətiyyətli olduğunu ortaya qoymaq mümkündür. Tarix bu dövrü Azərbaycan Türklərinə Milli oyanış kimi təqdim edir. Bu Tarix eyni zamanda bir daha subut edir ki, Türklər dövlətçilik ənənələrinə zəngin siyasi və hərbi idarəetmə metod və psixologiyasına maılikdir. Bu gün müasir tariximizdə önəmli idealoji təfəkkür kimi ortaya qoyulan 1945-ci il Güney Azərbaycan Seyid Cəfər Pişəvəri Hökumətinin əsaslarında bir daha gələcəklə bağlı ciddi istiqamətlərin meyarları alınır. Bu önəmli hadisəni təhılil etmək, mövcud şəraiti dəyişdirmək kimi ideoloji istiqamətlərdə qətiyyətli addım atmaq, Dünya Azərbaycanlıları Konqresi xüsusi ilə də Gənclər təşkilatının fəaliyyəti ilə uğurla davam etdirilir. Bir neçə gün öncə DAK Gənclər Təşkilatının İdman Deportamentinin 3-7 Dekabr qardaş Türkiyə cümhuriyyətində Karate üzrə Dünya Çempionatında uğurla iştirak etmişdir. Məhz bu Çempionatın önəmli tərəflərindən biri də Milli ideologiya ətrafında sıx birləşən gənclərin bu yarışda uğurla iştirak etməsidir. Bir daha Milli düşüncə ətrafında sıx fəaliyyət göstərən gəncləri keçiriləcək Dəyirmi Masaya dəvət edirik, daha geniş spektorda qarşılıqlı müzakirələrin keçirilməsi üçün Sizləri dəyirmi masada aktiv olmaga səsləyirik. Maraqlı olsun deyə qeyd edək ki, bu Dəyirmi Masa ətrafında Yeni Türk döyüş olan Sistemi haqqında DAK Gənclər Təşkilatının İdman Deportamenti Sizlərə məlumat verəcək. Dəyirmi Masa 15 dekabr 2008-ci il tarixdə DAK-ın Bakıdakı Mərkəzi Ofisi, İstiqlaliyyət küçəsi 8-də saat 15:00-da keçiriləcəkdir. Hər bir soydaşımızın iştirakı sərbəstdir. Tədbirdə 45-46-cı illərdəki Milli Hökümətlə bağlı sənədli film nümayiş etdiriləcək. DAK Gənclər Təşkilatı

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar