SON XƏBƏRLƏR

İtaliyalı professor Qobustandakı iki qədim daşın üzərindəki yazıları oxuyub

2021.10.20, 07:36
İtaliyalı professor Qobustandakı iki qədim daşın üzərindəki yazıları oxuyub

Gunaz.tv
İtaliyalı professor Qobustandakı iki qədim daşın üzərindəki yazıları oxuyub İtaliyanın Milan Universitetinin professoru Luici Sqrinz Qobustandakı iki daşı bərpa edərək oxuyub. APA-nın məlumatına görə, bunu professorun özü jurnalistlərlə görüşündə deyib. O bildirib ki, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə bu ilin avqustunda Bakıya gəlib və iki qədim daş üzərindəki yazıları oxuyub. Daşlardan birinin üzərində qədim Roma yazısı, digərində isə ərəb yazısı olduğunu söyləyən L. Sqrinz həmin yazıların məzmununu da açıqlayıb. Roma yazısında “Maksimus Avqust Sezarın zamanında 12-ci legionun başçısı burada olub”, I əsrə aid olan ərəb yazısında isə “Mən imamam. Bura gəldim, dua etdim və getdim” sözləri yazılıb. İtaliyalı elm adamı daşların bərpasında Qobustan qoruğunun üç əməkdaşının ona yardım etdiyini vurğulayıb. Bu müddət ərzində isə professor həmin əməkdaşlara abidələrin saxlanılması və daşlar üzərindəki qədim yazıların oxunması ilə bağlı dərslər keçib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar