SON XƏBƏRLƏR

Güney Azərbaycan Milli Hökümətinin 63-ci il dönümü mərasimi, “Strasburq-Azərbaycan Evi” tərəfindən qeyd olunacaqdır

2021.10.20, 07:36
Güney Azərbaycan Milli Hökümətinin 63-ci il dönümü mərasimi, “Strasburq-Azərbaycan Evi” tərəfindən qeyd olunacaqdır

Gunaz.tv
Güney Azərbaycan Milli Hökümətinin 63-ci il dönümü mərasimi, “Strasburq-Azərbaycan Evi” tərəfindən qeyd olunacaqdır Bu münasibətlə, Strasburq və yaxınlarında yaşayan Azərbaycanlıları, 13 Dekabr 2008-ci il tarixində, saat 17-də 21 Azər ildönümü Mərasiminə dəvət edirik. Bu mərasimdə, Azərbaycan Evi Idarə Heyəti üzvləri Əhməd bəy Mehribani və Əsgər bəy Tacəhmədi çıxış edəcək: Millətimizin ən önəmli tarixi hadisələrindən biri olan və 1945-ci ildə Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında yaradılmış Güney Azərbaycan Milli Hökümətinin, Milli Hökümətin tarixi, Seyid Cəfər Pişəvərinin yaşayışı, 21 Azər Hadisələri, Milli hökümət və gördüyü işlər haqqında qısa məlumatlar veriləcək. Tədbirdə Güney Azərbaycan Milli Hərəkatının bu günkü durumu ilə bağlı mövzularda da çıxışlar olunacaqdır. Qısa bir film nümayiş ediləndən sonra Milli hökümətin Himni və o dövrün Marşlarını da dinləyəcəyik.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar