SON XƏBƏRLƏR

LATIN AMERİKASINDA İLK AZƏRBAYCAN DİASPOR TƏŞKİLATI YARADILIB

2021.10.20, 07:36
LATIN AMERİKASINDA İLK AZƏRBAYCAN DİASPOR TƏŞKİLATI YARADILIB

Gunaz.tv
LATIN AMERİKASINDA İLK AZƏRBAYCAN DİASPOR TƏŞKİLATI YARADILIB Meksika Birləşmiş Ştatlarının paytaxtı Mexikoda «Latın Amerikası Azərbaycanlıları Assosiasiyası» yaradılıb. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən «Media forum»a verilən məlumata görə, artıq rəsmi qeydiyyatdan keçmiş assosiasiyanın əsas məqsədi Latın Amerikası ölkələrində yaşayan azərbaycanlıları bir araya gətirmək, Azərbaycanı və azərbaycançılıq ideologiyasını təmsil etməkdir: «Bu, Latın Amerikası ölkələrində yaradılan ilk Azərbaycan diaspor təşkilatıdır». Təşkilatın sədri Natiq Atakişiyev 1939-cu ildə ildə Azərbaycanda anadan olub, fizika-riyaziyyat professorudur. 1994-cü ilədək Milli Elmlər Akademiyasının fizika institutunda işləyib. 1996-cı ildən akademik elmi dərəcəsi almaq uçun Milli Meksika Universitetində işə başlayıb. Həmin vaxtdan Meksikada yaşayır. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar