SON XƏBƏRLƏR

BU GÜN(12 DEKABR) 21 AZƏR GÜNÜDÜR

2021.10.20, 07:36
BU GÜN(12 DEKABR) 21 AZƏR GÜNÜDÜR

Gunaz.tv
BU GÜN 21 AZƏR GÜNÜDÜR Pişəvəri hökumətinin qurulmasından 63 il keçir 112.jpg Bu gün Seyid Cəfər Pişəvəri və onun yaxın silahdaşlarının qurduğu Güney Azərbaycan Milli Hökumətinin 63-cü ildönümüdür. Bu münasibətlə Güney Azərbaycan və ondan kənarda kütləvi tədbirlər keçiriləcək. DAK-ın yaydığı məlumata görə, dünən Güneydə səhərdən başlayan şənlik törənləri axşamadək davam edib. Bu gün isə Güney Azərbaycanın bir çox şəhərlərində şənlik mərasimləri keçiriləcək. Mərkəzdə isə gecə saatlarında havaya fişənglər atılacaq. Məlumata görə, müsəlmanların Qurban Bayramı və Həcc mərasimi ilə eyni vaxta düşən 21 Azər Hərəkatının ildönümü Güney Azərbaycanda dindarlar tərəfindən də geniş qeyd olunacaq. DAK Güney Azərbaycan Milli Hökumətinin yaranmasının 63-cü ildönümü münasibətilə İsveçin Linşöping şəhərində fəaliyyət göstərən “Babək-Linşöping” Azərbaycan Kültür Dərnəyinin dəvətlisi olaraq 21 Azər törənini bu şəhərdə yaşayan azərbaycanlılarla birgə qeyd edəcək. Eyni zamanda DAK rəhbərliyi Avropanın çeşidli şəhərlərində bu səpkidə tədbirlərin iştirakçısı olacaq. Azər Cəmiyyəti, Araz Dərnəyi və İsveç-İran Dərnəyi birlikdə İsveçin Malmo şəhərində müxtəlif tədbirlər keçirəcək. Malmo şəhərindəki Ankara restoranında şənlik mərasimi olacaq. Bundan əlavə, Güney Azərbaycan İnsan Hüqüqlari Komitəsinin təşkilatçıliğıyla Danimarkada tədbir keçiriləcək. Azərbaycan Milli Dirəniş Təşkilatı (AMDT) Güney Azərbaycan Milli Hökumətinin 63-cü ildönümü münasibətilə bəyanat yayıb. Bəyanatda 1945-ci il dekabrın 12-də millətin mübariz övladlarının Güney Azərbaycan bayrağını Təbriz şəhərinin Ərk qalasının üzərində dalğalandırmağa nail olduqları əks olunub. Xatırladaq ki, S.C.Pişəfəri Bakıda, Fəxri Xiyabanda dəfn olunub. VÜQAR musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar