SON XƏBƏRLƏR

KEÇMİŞ DEPUTAT DEYİR Kİ, TƏBRİZDƏ ƏHALİNİ ƏHMƏDİNEJADLA GÖRÜŞƏ ZORLA YIĞIBLAR

2021.10.20, 07:36
KEÇMİŞ DEPUTAT DEYİR Kİ, TƏBRİZDƏ ƏHALİNİ ƏHMƏDİNEJADLA GÖRÜŞƏ ZORLA YIĞIBLAR

Gunaz.tv
KEÇMİŞ DEPUTAT DEYİR Kİ, TƏBRİZDƏ ƏHALİNİ ƏHMƏDİNEJADLA GÖRÜŞƏ ZORLA YIĞIBLAR akberelemi-1.jpg Keçmiş deputat, güneyli siyasət adamı Əkbər Ələmi şəxsi saytında prezident Mahmud Əhmədinejadın Təbrizə səfərinin örtülü məqamlarını hədəfləyən yazı yerləşdirib. Yazıda Əhmədinejadın Təbrizə dekabrın 3-4-də gerçəkləşən səfərindən bir ay əvvəldən xüsusi hazırlıq görüldüyü vurğulanıb. Əkbər Ələmi «Media forum» saytının məlumatına görə, Ə.Ələmi Əhmədinejadın Təbrizə səfərini keçmiş İran şahı Məhəmmədrza Pəhləvi və xanımının islam inqilabından bir-iki əvvəl süni təntənəli səfərinə bənzədərək prezidenti qarşılamaq üçün hər şeyin əvvəlcədən təşkil edildiyini vurğulayıb: «Əhmədinejadın Təbrizə səfəri mənə şahın bu şəhərə son səfərini xatırlatdı. Öz həqiqi dövlət başçılarına qarşı qonaqpərvər münasibət İran və Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsidir. Lakin Əhmədinejadın hələ iki il əvvəl Təbrizə ilk səfərində əhali onu soyuq qarşılayaraq sübut etdi ki, Əhmədinejad belə hörmət və qonaqpərvərliyə layiq deyil. Prezidentin siyasəti insanların həyatını son dərəcə çətinləşdirib. Rəsmilər ən azı 50 min nəfərin prezidenti qarşılama mərasimində olmasını vacib sayaraq ətraf kəndlərdən minlərlə insanı avtobuslara dolduraraq şəhərə gətirmiş, həmin insanlara paylamaq üçün 50 min bayraq tədarük görmüş, 5 min yazılı şüar hazırlamış, şəhər divarlarını şüarlarla bəzəmiş, iki min nəfəri Təbriz aeroportuna aparmış, şəhər stadionu ətrafındakı orta məktəbləri bağlayaraq şagirdləri qarşılama mərasiminə gətirmişdilər. Lakin göstərilmiş bütün səylərə baxmayaraq 20 min nəfərlik Təbriz stadionunu doldurmaq yenə mümkün olmadı». Ə.Ələmi öz yazısında Əhmədinejadın siyasətlərini populist siyasət adlandıraraq yalnız təbliğat xarakteri daşıdığını vurğulayıb. Ə.Ələmi siyasətə 1979-cu il islam inqilabından əvvəl qoşulub. İnqilabdan sonra İran İnqilab Keşikçiləri Korpusunun («Sepah») Tehran bölməsində mədəniyyət və siyasət işləri üzrə məsul olub. Tehran aeroportunun mühafizə xidmətinə başçılıq edib. Daxili İşlər Nazirliyində bir neçə idarədə rəis müavini olub. İki dəfə İran parlamentinin deputatı seçilib. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar