SON XƏBƏRLƏR

YUNANISTANDA İĞTİŞAŞLAR SƏNGİMİR

2021.10.20, 07:36
YUNANISTANDA İĞTİŞAŞLAR SƏNGİMİR

Gunaz.tv
YUNANISTANDA İĞTİŞAŞLAR SƏNGİMİR Sosial partlayış dalğası digər Avropa ölkələrinə də yayıla bilər 6244.jpg Yunanıstanda ötən həftə sonu 16 yaşlı anarxist gəncin polislə toqquşmada öldürülməsindən sonra başlayan kütləvi iğtişaşları yatırmaq mümkün olmur. Ötən gecə paytaxt Afina küçələrində nisbətən sakit keçsə də dünən səhər tələbələr polisə hücum ediblər. Bu toqquşmanın ardınca Afinada nümayişlər daha da qızışıb. Nümayişçilər polis məntəqəsinə daşlar və alışqan bombalar atıblar. Nəticədə bir nəfər yaralanıb. Tələbələr Afinanın yollarında barrikadalar qurublar. Bu arada yeniyetmə oğlanı öldürən polisə ittiham oxunub. Onun vəkili deyib ki, oğlanı öldürən güllə rikoşet imiş. Ancaq istintaqın hesabatı hələ ki, rəsmən dərc edilməyib. Hadisədə təqsirli bilinən polis həbsxanada öz məhkəməsini gözləyir. Məhkəmənin vaxtı hələ məlum deyil. Adının çəkilməsini istəməyən polis rəsmisi deyib ki, yolda dayanan yaşlı adam bugünkü hadisələr zamanı daşla vurulduqdan sonra xəstəxanaya çatdırılıb. Həbsxana və universitet binalarının çölündə də insident baş verdiyi bildirilir. Son beş gündə baş vermiş qiyamlar zamanı yüzlərlə yaşayış və biznes binasına ziyan dəyib. Yunanıstandakı sosial partlayışın əsl səbəbinin ölkədə artan işsizlik, pensiyaların azaldılması və hökumətin iqtisadi siyasəti olduğu bildirilir. Xəbərlərə görə, etiraz dalğası digər Avropa ölkələrinə də yayıla bilər. Dünən Danimarka polisi Yunanıstandakı nümayişçilərlə həmrəylik nümayiş etdirən 30-dan çox anarxisti saxlayıb. Onlar Kopenhagendə icazəsiz aksiya təşkil ediblər. Əsasən gənclərdən ibarət dəstə Yunanıstan səfirliyinə doğru hərəkət edib, bu zaman ətrafdakı mağazaların vitrinlərini sındırıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar