SON XƏBƏRLƏR

BUŞ İLHAM ƏLİYEVƏ TƏŞƏKKÜR MƏKTUBU GÖNDƏRDİ

2021.10.20, 07:36
BUŞ İLHAM ƏLİYEVƏ TƏŞƏKKÜR MƏKTUBU GÖNDƏRDİ

Gunaz.tv
BUŞ İLHAM ƏLİYEVƏ TƏŞƏKKÜR MƏKTUBU GÖNDƏRDİ 279.jpg ABŞ prezidenti Corc Buş Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür məktubu göndərib. APA-nın xəbərinə görə, məktub Azərbaycan sülhməramlılarının İraqdakı xidmətlərini layiqincə yerinə yetirmələri ilə bağlı göndərilib. “Azərbaycan hərbçilərinin İraqda uzunmüddətli xidmətini başa vurduğu bir vaxtda, mən 2003-cü ildən etibarən bu ölkədə çoxmillətli qüvvələrə öz hərbçiləri ilə verdiyi dəstəyə görə Azərbaycan hökumətinə və xalqına Birləşmiş Ştatların dərin minnətdarlığını bildirirəm. ”Əl-Anbar vilayətində Həditə su bəndinin həmin qüvvələr tərəfindən mühafizəsini xüsusilə yüksək qiymətləndirirəm. Böyük çətinliklərə baxmayaraq, İraqda demokratik hökumətin qurulması və möhkəmləndirilməsinə Azərbaycan xalqının dəstək vermək arzusu onun güclü iradəsinin nümunəsidir. Azərbaycanlılar İraqda azadlığın qorunmasına yardım məqsədi ilə aparılan uğurlu əməliyyatlarda iştirakları ilə fəxr edə bilərlər. Birləşmiş Ştatlar dünyada digər ümumi maraqlar çərçivəsində Azərbaycanla əməkdaşlığı gələcəkdə də davam etdirməyi ürəkdən arzulayır". Xəbər xidməti musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar