SON XƏBƏRLƏR

TEHRANDA İNTERNETƏ NƏZARƏT GÜCLƏNDİRİLDİ

2021.10.20, 07:36
TEHRANDA İNTERNETƏ NƏZARƏT GÜCLƏNDİRİLDİ

Gunaz.tv
TEHRANDA İNTERNETƏ NƏZARƏT GÜCLƏNDİRİLDİ seidmurtezevi1.jpg Dekabrın 11-də Tehran prokuroru Səid Mürtəzəvi jurnalistlərə açıqlamasında ölkədə internetə nəzarətin daha da gücləndiriləcəyini, əxlaqsızlığa rəvac verən, dinə qarşı təbliğat aparan saytların fəaliyyətinin qarşısının alınacağını bildirib. «Media forum» saytının məlumatına görə, S.Mürtəzəvi əxlaqsızlıq və dinsizliyi təbliğ edən saytların fəaliyyətini nəzarətdə saxlamaq üçün Tehran İnqilab Prokurorluğu mütəxəssislərindən ibarət bir qurumun fəaliyyətə başladığını vurğulayıb: «Biz bu saytları öyrənmək və onların fəaliyyətini nəzarət altında saxlamaq üçün prokurorluqda kompüter və internet mütəxəssislərindən ibarət bir qurum yaratmışıq. Bu saytların fəaliyyətinin qarşısını alacağıq». Bir müddət əvvəl İranın Milli Gənclər Təşkilatı rəsmi statistik rəqəmlərə toxunaraq ölkədə internetlə məşğul olanladan 55 faizinin hər gün müxtəlif pornosaytlara müraciət etdiyi və bu saytlarda axtarış əməliyyatları apardıqları barədə məlumat yaymışdı. İranda 20 milyon nəfərə yaxın şəxsin internetdən istifadə etdiyi bildirilir. 2000-ci ildən bu günə qədər İran rəsmiləri rejimə qarşı təbliğatda günahlandırdığı 5 milyon sayt və bloqu qapadıblar. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar