SON XƏBƏRLƏR

Obamanın qondarma soyqırımı tanıması Qarabağ danışıqlarının üzərindən xətt çəkəcək

2021.10.20, 07:36
Obamanın qondarma soyqırımı tanıması Qarabağ danışıqlarının üzərindən xətt çəkəcək

Gunaz.tv
Obamanın qondarma soyqırımı tanıması Qarabağ danışıqlarının üzərindən xətt çəkəcək Azərbaycan və Türkiyə Birləşmiş Ştatların yeni prezidentinin "erməni soyqırımı" haqqında düzgün qərar verməsinə çalışmalıdırlar Birləşmiş Ştatlardakı erməni diasporunun rəhbərlərindən biri Harut Sasunyan Ankaranın diaspora ilə İrəvanın münasibətlərini pozmağa çalışdığı bildirib. Erməni diasporunun ən önəmli yayım orqanı olan, 50 ildir ki, Los-Ancelesdə nəşr edilən "The California Courier" qəzetinin sahibi Harut Sasunyan məqaləsini "Türkiyə Ermənistan və diasporanın arasını vurmağa çalışır" başlığıyla verib. Göytürk O, məqalədə vurğulayıb ki, Ermənistanda son dönəmdə yaşanan daxili qarışıqlıq və Rusiya-Gürcüstan müharibəsi səbəbindən Qərb və Rusiya İrəvana "Türkiyə ilə barışın" təzyiqi göstərir: "Bunun da nəticəsində Serj Sərkisyan Türkiyə ilə sərhədlərin açılması təqdirdə birgə tarix komissiyasının yaradılması təşəbbüsünü dəstəkləyə biləcəyini söyləyib". Prezident Abdulla Gülün İrəvana səfərinin dünyada ciddi şəkildə izləndiyini vurğulayan Harut Sasunyan bildirib ki, Türkiyə BMT Təhlükəsizlik Şurasının üzvü seçildikdən sonra Ankara planını təzələməyə başlayıb. "The California Courier" qəzetinin sahibi birgə tarix komissiyasının yaradılması, fəaliyyət müddəti, üzvlərilə bağlı ortaya çıxan fikir ayrılıqlarına diqqəti çəkib. Onun sözlərinə görə, Türkiyə Birləşmiş Ştatların 44-cü prezidenti Barak Obamanın and içəcəyi 20 yanvar tarixinədək birgə tarix komissiyasının yaradılmasına çalışır. Harut Sasunyan yazısında bildirib ki, Ermənistan prezidenti Serj Sərkisyan Almaniyanın "Frankfurter Allgemeine" qəzetinə verdiyi müsahibədə hazırda ortaq tarix komissiyasının qurulmasını "gərəksiz bir iş" sayıb. Üstəlik, Serj Sərkisyan xarici işlər naziri Edvard Halbandyanın "soyqırımın tanınmasının artıq bir anlamı yoxdur" ifadəsini yalanlayıb. Məqalədəki digər bir iddia da budur ki, baş nazir Rəcəb Tayyib Ərdoğanla görüşlərdə ABŞ rəsmiləri Türkiyənin sərhədi açıb Ermənistanla münasibətləri normallaşdırmaması təqdirdə, Barak Obamanın "erməni soyqırımı"nı tanıyacağını, Konqresdən qondarma soyqırımla bağlı qanun layihəsini keçirə biləcəyini bildiriblər. "Ərdoğan indi atacağı addımı müəyyənləşdirməyə çalışır" yazan Harut Sasunyan belə bir vəziyyətdə Ermənistan rəhbərliyinin Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün tələsməməyi və Obamanın addımını gözləməyi vacib sayıb. Yeri gəlmişkən, bir neçə gün əvvəl Ankaraya səfər edən Edvard Nalbandyan da sərhədlərin açılmasının Türkiyənin Ermənistana hədiyyəsi kimi qələmə verilməməməsini vacib sayıb, bunun hər iki ölkənin maraqlarına uyğun olacağını söyləyib. Ermənilər Obamanın "soyqırım" sözlərini gözləyirlər Son günlər erməni rəsmilərinin, terrorçularının, separatçılarının, keşişlərinin müxtəlif ölkələrə səfərlərini, bəyanatlarını izləyəndə belə bir fikir ortaya çıxır ki, düşmən geniş bir prosesə hazırlıq görür. Məsələn, noyabrın sonunda Dağlıq Qarabağdakı separatçı-terrorçu rejimin rəhbəri Bako Saakyan Birləşmiş Ştatlara səfərə gedib, erməni diasporunun rəhbərlərindən-Arut Brutyan, Qraç Yadigaryan, Levon Arsenyan və Aşxen Arsenyan, ABŞ-ın erməni apostol kilsəsinin qərb yeparxiyasının arxiyepiskopu Ovnan Toleryanla görüşüb. Erməni internet saytlarında bu səfərlə bağlı xəbərlərdə "erməni xalqının qarşısında duran problemlərin birgə həlli üçün diaspora ilə Ermənistan dövləti arasında əlaqələri sıxlaşdırmaq" sözlərinə daha çox rast gəlinir. Görünür, Barak Obamanın gələn il yanvarın 20-də andiçmə mərasimi zamanı və yaxud, gələn ilin aprelin 24-də edəcəyi çıxışlara hazırlıq gedir. Rusiyanın Gürcüstana təcavüzündan sonra faktiki olaraq iqtisadi vəziyyəti daha da ağırlaşan Ermənistan, eləcə də erməni diasporu üçün Barak Obamanın "erməni soyqırımı" deməsi, qondarma soyqırım iddialarının Konqresdə tanınması mühüm önəm daşıyır. Ermənilər düşünürlər ki, məhz bu iddialar qəbul olunduğu təqdirdə Türkiyəyə Ermənistanla sərhədlərin açılması, İrəvanla diplomatik və iqtisadi əlaqələrin bərpası yönündə təzyiqlər arta bilər. Nəticədə ermənilərin Türkiyəyə qarşı əsassız iddialarına haqq qazandırılar. Ən təhlükəsi də odur ki, ermənilər qondarma soyqırım iddialarının ABŞ prezidentinin dilindən səslənməsinin və Konqresdə tanınmasının Azərbaycan torpaqlarının işğalının üzərinə kölgə salacağını planlaşdırırlar. Qondarma iddialara uyaraq, Obamanın qondarma soyqırımı tanıması faktiki olaraq, Azərbaycan torpaqlarının işğalına haqq qazandırmaq, bir milyon qaçqın-köçkünümüzün vəziyyətinə göz yummaq anlamı daşıyacaq. Barak Obamanın qondarma soyqırımı tanıması Qarabağ danışıqlarının üzərindən xətt çəkəcək, indiyədək əldə olunmuş irəliləyişləri puç edəcək. Çünki belə yanlış addım atıldığı təqdirdə, istər-istəməz ermənilər Azərbaycana, Türkiyəyə qarşı daha qudurğan iddialarla çıxış edəcəklər. Ona görə də Azərbaycan və Türkiyə rəsmiləri Barak Obamanın "erməni soyqırımı" səhvini etməməsi üçün birgə çalışmalıdırlar. Onu da unutmaq olmaz ki, donuza, yəni erməniyə, "ay donuz darıdan çıx" deməklə erməni darıdan çıxan deyil. "Beş barmağının beşini də erməni üçün yandırsan da", erməni yenə ermənidir ki, ermənidir. Faruk Loğoğlu Obamaya tövsiyə verir Obamanın gözlənilən təhlükəli addımı İraqın işğalı zamanı ABŞ hərbçilərinin Kərkükdəki türk rabitə dəstəsinin üzvlərinin başına çuval geyindirməsinə bənzəyəcək. Düzdür, həmin hadisədən sonra Türkiyə böyük əziyyət gördü, amma 50 illik müttəfiqini aşağılama çalışan Vaşinqton da həmin olaydan yaxşı dərs aldı. İndiki məsuliyyətli bir dönəmdə-Birləşmiş Ştatların Rusiya ilə münasibətlərin kifayət qədər kərgin, İranla münasibətlərin kəskin olduğu bir vaxtda Barak Obamanın "erməni səhvi" Vaşinqtona, daha dəqiq desək, ilk qaradərili prezidentə və demokratlara baha başa otura bilər. Vəziyyətinin təhlükəli olduğunu keçmiş diplomatlar daha dəqiq qiymətləndirməyi bacarırlar. Bu günlərdə Türkiyənin Azərbaycandakı, Birləşmiş Ştatlardakı keçmiş səfiri Faruk Loğoğlu Barak Obamaya 23 bənddən ibarət açıq məktub yollayıb. TUSİAD-ın Birləşmiş Ştatlarda nəşr etdirdiyi "Private View" jurnalının son sayında dərc olunan məktubda müəllif ABŞ-Türkiyə münasibətlərə zərər gətirə biləcək məqamları göstərib. Avrasiya Araşdırmaları Mərkəzinin rəhbəri, Türkiyə XİN-in Strateji Tədqiqatlar Mərkəzinin üzvü Faruk Loğoğlu vurğulayır ki, yalnız ötən il Konqresdə "erməni soyqırımı" layihəsinin müzakirələri dayandırıldıqdan sonra Türkiyə və ABŞ arasında münasibətlər normallaşmağa başlayıb. Barak Obamaya tövsiyə verən keçmiş səfir xatırladır ki, aparılan sorğular göstərir ki, Türkiyə əhalisinin ABŞ haqqında rəyi çox pisdir. Faruk Loğoğlu Birləşmiş Ştatların yeni prezidentinə tövsiyə edir ki, erməni və digər antitürk təşkilatlarının cəhdlərini neytrallaşdırsın. Keçmiş səfirin fikrincə, "erməni soyqırımı" ilə bağlı qətnamə layihəsi və PKK terrorizmiylə mübarizə konkret məsələlərdir və Barak Obama prezidentliyinin ilk günündə bu məsələlərə baxmalıdır, ədalətli qərar verməlidir. Çünki, bu məsələlər Türkiyə və ABŞ arasında normal münasibətlərin güclənməsi baxımından çox vacibdir: "Konqresdə ermənilərin xeyrinə çıxarılan bütün qərarlar Türkiyədə sizin nüfuzunuza ciddi, bəlkə də düzəldilməsi mümkün olmayan zərbə vuracaq və bizim əlaqələrimizin bütün strukturunu pozacaq. Bundan başqa, qondarma soyqırım tanınması hər hansı məsələni həll etməyəcək və Türkiyə-Ermənistan arasında başlanmış müsbət prosesə mane olacaq. Siz dialoq və barışıq istiqamətində davam edən öu prosesi dəstəkləməlisiniz". Faruk Loğoğlu 12-ci müddəada bildirir ki, Rusiya hegemoniyasına qarşı tarazlıq yaratmaq üçün Türkiyə "enerji mərkəzi" olmağa çalışır. Səfir Rusiya ilə münasibətlərdə "ABŞ üçün Türkiyənin xüsusi statusu olduğunu"da vurğulayıb. Madlen Olbrayt və Uilyam Koen erməniləri əsəbiləşdirib Bu günlərdə isə məlum olub ki, Erməni Milli Konqresi (AHCA) Hillari Klintonun dövlət katibi təyin olunmasını dəstəkləyir. Buna görə Obamaya təşəkkürünü bildirən AHCA-nın rəhbəri Aram Ambaryan "Erməni soyqırımı məsələsində dəqiq mövqeyi olan bir şəxsin dövlət katibi təyin olunması bizi sevindirir"-deyib. Xatırladaq ki, senator Hillari Klinton dəfələrlə prezident Corc Buşa müraciət edərək, qondarma soyqırımı tanmağı tələb edib, hətta seçki kampaniyası zamanı da Osmanlı İmperiyası dövründə baş verənləri "erməni soyqımı" olduğunu bir daha söyləyib. Dünən isə Amerika Erməni Milli Komitəsi (AHCA) qondarma soyqırımı tanıtma cəhdlərinin qarşısını almaq üçün qurulan xüsusi bir kommissiya üzvlərinin "ikiüzlü" olduqlarını bildirib. Komisssiyanın 1915-ci ildə baş vermiş hadisələrlə bağlı hazırladığı sənəd erməniləri əsəbiləşdirib. Soyqırların qarşısını almaq məqsədilə yaradılan komissiya prezident Barak Obamanın bu məsələyə xüsusi diqqət yetirməsini vacib sayıb. Komissiya Amerika Yəhudi Soyqırımı Muzeyi, Amerika Diplomatiya Akademiyası, Amerika Sülh İnstitutunun dəstəyilə formalaşdırılıb. Madlen Olbrayt komissiyanın hesabatında soyqırımın qəbuledilməz olduğunu bildirdiklərini, dünyadakı genosidlərin qarşısını almaq üçün addımları sıraladıqlarını açıqlayıb. Komissiya soyqırımların qarşısını almaq üçün 250 milyon dollar ayrılmasını vacib sayıb. Təşkilat daha çox Darfur və Konqoda baş verən olaylara diqqəti çəkib. Amma hesabatda erməni olayları haqqında qısaca məlumat verilməsi ermənilərin əsəbiləşdirib. Bundan şikayətlənən AHCA təmsilçisinə cavab verən Uilyam Koen fəaliyyətlərində "keçmişə deyil, gələcəyə yönəlik ih görməyə üstünlük verdiklərini" bildirib. Qondarma iddiaları təmin olmayan AHCA isə əsas günahkarlar kimi komissiyanın üzvləri olan keçmiş dövlət katibi Madlen Olbrayt və keçmiş müdafiə naziri Uilyam Koeni hədəfə götürüb. Çünki hər iki şəxs daim qondarma soyqırım iddialarının əleyhinə çıxıblar. Bu günlərdə isə "Soyqırımı Önləmə Görəv Gücü" adlı komissiyanın başqanları Madlen Olbrayt və Uilyam Koen Vaşinqtonda Milli Mətbuat Klubunda konfrans keçirərək ABŞ rəhbərlərinə soyqırımların qarşısının alınması yönündə bəzi məsləhətlər veriblər. Eyni zamanda, 1915-ci ildə Osmanli İmperiyasında baş vermiş olaylarla bağlı erməni iddialarını qəbul etməyiblər. Xatırladaq ki, Madlen Olbrayt və Uilyam Koen keçən il də ABŞ Nümayəndələr Məclisinin sədri Nensi Pelosiyə məktub göndərərək Konqresdə, gündəmə çıxarılmasını gözləyən 106 saylı "erməni soyqırımı" qanun layihəsinə qarşı çıxıblar. AHCA Koenin lobbi qrupu "Koen Qrup"un Türkiyənin Vaşinqtondakı lobbi şirkəti DLA/Piper ilə strateji ortaqlıq içində olduğunu, bu səbəbdən də keçmiş nazirin "erməni soyqırımı" layihəsinə qarşı çıxdığını açıqlayıb. ... Dekabrın 9-da Türkiyənin "Hüriyyət" qəzeti məlumat verib ki, gələn ilin yanvarında Türkiyə prezidenti Abdulla Gül İsrailə səfər edəcək. İsrailin "Haarets" qəzetinə istinad olunan xəbərdə Abdulla Gülün Şimon Pereslə Türkiyənin İsrail-Suriya danışıqlarında vasitəçi rolu, İranın nüvə problemi və s. məsələlərin müzakirə olunacağı bildirilir. Səfər zamanı Birləşmiş Ştatların yeni prezidenti Barak Obamanın qondarma erməni soyqırımını tanıması miəsələsi də müzakirə olunacaq. "Hüriyyət" yazır ki, Abdulla Gül ABŞ-ın yeni prezidentinin qondarma soyqırımla bağlı seçkiöncəsi verdiyi vədlərinin yerinə yetirilməsinin qarşısını almaq üçün İsrailin Vaşinqtona təsir imkanlarından istifadə etməyə çalışır. Yeri gəlmişkən, Türkiyə prezidenti Abdulla Gülün İsrailə səfərini erməni internet saytları ciddi narahatçılıqla xəbər verirlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar