SON XƏBƏRLƏR

«DALĞA» İRAN SƏFİRLİYİ QARŞISINDA İKİ NƏFƏRİ EDAM, BİR NƏFƏRİ DAŞQALAQ «EDİB»

2021.10.20, 07:36
«DALĞA» İRAN SƏFİRLİYİ QARŞISINDA İKİ NƏFƏRİ EDAM, BİR NƏFƏRİ DAŞQALAQ «EDİB»

Gunaz.tv
«DALĞA» İRAN SƏFİRLİYİ QARŞISINDA İKİ NƏFƏRİ EDAM, BİR NƏFƏRİ DAŞQALAQ «EDİB» iransefirliaksiya.jpg 2008-12-12_8314.jpg Bu gün «Dalğa» Gənclər Hərəkatı İran İslam Respublikasının Bakıdakı səfirliyi qarşısında aksiya keçirib. Aksiyanın şüarı milli ayrı-seçkiliyə son qoyulması və insan haqlarının qorunması olub. Aksiya iştirakçıları «İmam Əli İrandan utanır!», «Milli ayrı-seçkiliyə son!» şüarlarını səsləndiriblər. «Dalğa» Gənclər Hərəkatından «Media forum»a daxil olan məlumatda bildirilir ki, aksiya teatrlaşdırılmış şəkildə həyata keçirilib. Simvolik olaraq 2 nəfər «molla»nın hökmü ilə edam, bir xanım isə daş-qalaq edilib. Səfirliyi qoruyan polis əməkdaşının müdaxiləsi nəticəsində aksiya bəyanat oxunmamış sona çatıb. «Hər hansı ciddi insident baş verməyib və heç kim saxlanmayıb».

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar