SON XƏBƏRLƏR

Rusiya keçmişdə alçaldılmasının əvəzini çıxır

2021.10.20, 07:36
Rusiya keçmişdə alçaldılmasının əvəzini çıxır

Gunaz.tv
"Rusiya keçmişdə alçaldılmasının əvəzini çıxır" moskva.jpg Robert Qeyts: "Moskvanın istəyi yaxın xaricdə öz təsir dairəsini bərpa etməkdir" "Rusiya tanklarının Gürcüstandakı görüntüləri və onların öldürücü effektiv fəaliyyəti, Vaşinqtonu müdafiə xərclərini sürətlə artıran və mümkün hərbi çağırışlara hazırlaşan Moskva ilə hesablaşmağa vadar edir". Pentaqon rəhbəri Robert Qeyts öz məqaləsində bu barədə bildirib. ABŞ-ın yeni hərbi strategiyasının detallarının təhlil olunduğu məqalədə bildirilir ki, bu strategiya ölkənin digər dövlətlərin silahlı qüvvələrinin, o cümlədən, Rusiya ordusunun hərbi çağırışlarına cavab verməyi bacarmalıdır: "Rusiyanın Gürcüstana adi silahlarla qəddarcasına hücumu mürəkkəb kiberhücumlar və əla koordinasiya olunmuş təbliğat kampaniyasıyla dəstəklənib". Pentaqon rəhbəri Rusiya və Çinin müdafiə xərclərini artırdığını vurğulayıb: "Bu ölkələr xüsusilə raket hücumundan müdafiə və qırıcı aviasiya da daxil olmaqla bütün modernləşdirmə proqramlarını sürətləndirir, hətta bəzi hallarda Birləşmiş Ştatların göstəricilərinə belə yaxınlaşırlar. Raifə Rusiyanın tank və artilleriya qüvvələri Gürcüstanın cılız silahlı qüvvələrini darmadağın etdi. Amma bu adi silahlar 1990-cı illərlə müqayisədə xeyli təkmilləşsə də, sovet silahlarının kölgəsi olaraq qalmaqdadır". Robert Qeyts Vaşinqtonu Moskva ilə yeni "soyuq müharibə"yə başlamaqdan çəkinməyə çağırıb: "Çünki Moskva artıq qlobal hegemonluq ideologiyasını rəhbər tutmur. Rusiyanın istəyi keçmişdə alçaldılmasının əvəzini çıxmaq və yaxın xaricdə öz təsir dairəsini bərpa etməkdir". Bu arada Amerikanın İnkişafı uğrunda Vaşinqton Politoloji Mərkəzinin məruzəsində deyilir ki, Obama Çexiyada RHM sistemlərinin yerləşdirilməsini dayandırmalıdır: "ABŞ prezidenti Barak Obamanın yeni administrasiyası Polşa və Çexiyada raket hücumundan müdafiə sistemlərinin yerləşdirilməsi ilə bağlı obyektlərin tikintisini, habelə RHM-lə bağlı bir sıra digər proqramları da dayandırmalıdır. Bu, növbəti dörd il ərzində 13,15 milyard dollara qənaət etməyə imkan vercək". Mərkəzin direktoru hazırda Obamanın keçid administrasiyasının qərargahına rəhbərlik edən Con Podestadır. O, keçmiş prezident Bill Klintonun administrasiyasında Ağ Ev aparatı əməkdaşlarına rəhbərlik edib. Daha sonra mərkəzin prezident administrasiyası üçün hazırladığı "21-ci əsr üçün Silahlı Qüvvələrin quruculuğu: yeni reallıqlar, yeni prioritetlər" adlı, 70 səhifədən ibarət sənəddə deyilir ki, Obama administrasiyasının tam şəkildə RHM proqramından imtina etməsi "ümumilikdə 25 milyard dolları qənaət etməyə imkan verər". Sənəddə vurğulanır: "Raket hücumundan müdafiə sistemlərinin yerləşdirilməsi sistem real əməliyyat sınaqlarında öz iş qabiliyyətliyini sübut edənə qədər təxirə salınmalıdır. Bu həmçinin Polşa və Çexiyada raket hücumundan müdafiə sistemləri meydançalarının tikintisinin dayandırılması deməkdir".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar