SON XƏBƏRLƏR

“Əl-Qaida”nın “canlı əfsanə”si ələ keçdi

2021.10.20, 07:36
“Əl-Qaida”nın “canlı əfsanə”si ələ keçdi

Gunaz.tv
“Əl-Qaida”nın “canlı əfsanə”si ələ keçdi malika.jpg Malikə əl-Ərud Avropa İttifaqının sammiti ərəfəsində terror aktı törətməyə hazırlaşırmış Belçikanın hüquq-mühafizə orqanları “əl-Qaida”nın “canlı əfsanəsi” sayılan Malikə əl-Ərudu həbs edib. Lent.az-ın CNN-ə istinadən məlumatına görə, “əl-Qaida”nın rəhbər şəxslərindən birinin dul qalmış xanımı olan Malikə dekabrın 11-də xüsusi əməliyyat nəticəsində həbs edilib. Onunla bərabər, əməliyyat zamanı “əl-Qaida” ilə əlaqədə olduğu güman edilən daha 13 nəfər saxlanılıb. Malikənin əri Əhməd Əbdal Səttar 2001-ci ildə Əfqanıstanda Əhməd Şah Məsuda sui-qəsd zamanı həlak olub. Belçikanın hüquq-mühafizə orqanlarının məlumatına görə, Malikə əl-Ərud antiqərb təbliğatı və ekstremist təşkilata yeni üzvlərin qəbulu ilə məşğul olurmuş. Polis hesab edir ki, “əl-Qaidə”nin “canlı əfsanəsi” koalisiya qüvvələri ilə mübarizədə iştirak etmək üçün Əfqanıstana yollanmağa hazırlaşırmış Həbs edilən 14 nəfərin Avropa İttifaqının sammiti ərəfəsində terror aktı törətməyə hazırlaşdığı barədə əvvəlcədən məlumat yayan Belçika polisi əl-Ərudun həmin hadisədə hansı rol oynayacağını dəqiqləşdirməyib. Malikə əl-Ərud – Mərakeş əsilli Belçika vətəndaşıdır. O, terrorçularla əlaqəyə görə bir neçə dəfə məhkəmə qarşısında dayanıb. Onun adı, həmçinin Əhməd Şah Məsuda qarşı sui-qəsd işində də keçirdi, lakin 2003-cü ildə məhkəmə onun üzərindən bu ittihamı götürüb. 2007-ci ildə isə İsveçrə məhkəməsi onu ekstremist islamçı qruplaşma ilə əlaqəyə görə məhkum etmişdi. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar