SON XƏBƏRLƏR

Ermənistan A deyəndə, B də deməlidir...

2021.10.20, 07:36
Ermənistan A deyəndə, B də deməlidir...

Gunaz.tv
Ermənistan A deyəndə, B də deməlidir... 20050228195221caucasus.jpg Brüsseldə Ermənistan və Avropa İttifaqı arasında xarici işlər naziri Edvard Nalbandyanın iştirakı ilə danışıqlar keçirilib. Danışıqların nəticəsi olaraqa bir neçə mühüm sənədin imzalandığı xəbər verilir. Türkiyə ilə münasibətlər məsələsinə toxunan Edvard Nalbandyan deyib ki, Ankara və Yerevan diplomatik münasibətlərin yaradılmasında və sərhədlərin açılmasında eyni dərəcədə maraqlıdır. O bildirib ki, bu işlərin görülməsi qeyd-şərtsiz icra olunmalıdır. Dağlıq Qarabağ münaqişəsinin tənizmlənməsi məsələsinə toxunarkən Ermənistan xarici əlaqələr idarəsinin rəhbəri Azərbaycan tərəfini qeyri-ardıcıllıqda günahlandırıb. Edvard Nalbandyan deyib ki, Azərbaycan nizamlama istiqamətində bir addım və ya yarım addım atdıqdan sonra iki addım geri atır. Belçika Kral Xarici Əlaqələr İnstitutunda mühazirə oxuyan cənab Nalbandyan Azərbaycanın sülhə hazır olmadığını iddia edib. Yeri gəlmişkən bu tədbirə Belçikada olan diplomatlar, Belçikanın dövlət naiziri Robert Simmons və NATO-nun regional nümayəndəsi Piter Semnebi də qatılıblar. Ermənistan xarici işlər nazirinin tənqidini şərh etmək üçün biz Azərbaycan Xarici İşlər nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin sözçüsü Xəzər İbrahim radiomuza bunları bildirdi. X. İ.: Bunu belə şərh etmək olar ki, Ermənistan rəsmiləri A-nı deyəndən sonra, qoy B-ni də desinlər. Yəni onların Azərbaycan öz addımlarında ardıcıl deyil demələri çox rahat mövqedir. Amma Azərbaycanın konkret olaraq nədə ardıcıl olmadığını söyləmək artıq başqa məsələdir və konkretlik tələb edir. Bunu isə əfsuslar olsun Ermənistan rəsmiləri bildirmirlər. BBC: Siz deyirsiniz ki, bu iradları Ermənistan tərəfinə də şamil etmək olar. Sizin iradlarınız nədir? X. İ.:Biz demirik ki, Ermənistan tərəfi bir, ya da iki addım irəli-geri gedir. Biz sovet dövrünün yaradıcılarının ifadələrini istifadə etmirik. Digər tərəfdən əgər Ermənistan tərəfi bu gün ortaya konstruktiv mövqe qoymursa, onda münaqişənin həlli üçün imkanlar azalır. Biz Ermənistan tərəfdən məhz bu konstruktivliyi istəyirik. Ermənistanın konstruktivliyi ondan ibarətdir ki, onlar başa düşməlidirlər ki, bu günkü dünyada onların mövqeyi yalnız beynəlxalq hüquq normalarına və prinsiplərinə əsaslanmalıdır. Onlar dərk etməlidirlər ki, onların işğalçı siyasəti və qonşu dövlətin ərazisinin hərbi yolla işğalı mümkün deyil. Onlar birmənalı olaraq öz qoşunlarını Azərbaycan ərazilərindən çıxarmalıdırlar və etnik təmizləməyə məruz qalmış Azərbaycan vətəndaşları öz torpaqlarına qayıtmalıdırlar. BBC: Konkretlik baxımından Moskva bəyannaməsi nə dərəcədə konkret bir sənəddir. Yəni bu sənədin mətbuata açıqlanmayan hissələri də varmı? X. İ.:Hər halda bəyannamənin tam mətni dərc olunub. Onun mətni ilk olaraq Rusiya prezidenti tərəfindən açıqlanıb. O sənəddə açıq-aşkar bildirilir ki, münaqişə beynəlxalq norma və prinsiplər və bu çərçivədə qəbul olunmuş müvafiq sənəd və qərarlar əsasında həll olunmalıdır. Orada bildirilir ki, münaqişə mərhələli olaraq çözülməlidir. Sənəddə Azərbaycan və Ermənistan prezidentlərinin imzalarının olması onu göstərir ki, Ermənistan dəfələrlə inkar etdiyinə əks olaraq bu münaqişə dövlətlərarasıdır, yəni Ermənistan və Azərbaycan arasındadır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar