SON XƏBƏRLƏR

Neft və qızılın qiyməti qalxdı

2021.10.20, 07:36
Neft və qızılın qiyməti qalxdı

Gunaz.tv
Neft və qızılın qiyməti qalxdı neft-ve-qizil.jpg Dünya bazarında neftin və qızılın qiyməti qalxıb. Lent.az-ın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, qiymətin qalxması ilk növbədə dolların əsas valyutalara nisbətən ucuzlaşması ilə bağlıdır. Dekabrın 10-da Nyu-York birjasında keçirilən alqı-satqı zamanı qızılın bir unsiyasının qiyməti birdən-birə 34,6 dollar qalxaraq 808,8 dollar təşkil edib. Eyni zamanda, WTI markalı neftin bir barelinin qiyməti də 1,45 dollar qalxaraq 43,52 dollara çatıb. Ekspertlər bildirirlər ki, neftin qiymətinin qalxmasına Səudiyyə Ərəbistanının yanvar ayından etibarən hasilatı aşağı salmaq niyyəti səbəb olub. ABŞ-dakı yanacaq ehtiyatının proqnozlardan az olması da təsiredici amillər sırasındadır. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar