SON XƏBƏRLƏR

Telekanallarda Azərbaycan ədəbi dilinin qorunması üçün sərt tədbirlər görüləcək

2021.10.20, 07:36
Telekanallarda Azərbaycan ədəbi dilinin qorunması üçün sərt tədbirlər görüləcək

Gunaz.tv
Telekanallarda Azərbaycan ədəbi dilinin qorunması üçün sərt tədbirlər görüləcək Milli Teleradio Şurası yeni ildən telekanallarda Azərbaycan ədəbi dilinin qorunması üçün sərt tədbirlər görəcək. Bu barədə APA-ya Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib. Onun sözlərinə görə, Şura Azərbaycan dilində verilişlərin həcminin artırılmasına çalışır və bu istiqamətdə qərarlar sərt olacaq: "Azərbaycan telekanallarında ədəbi dilin normalarının pozulması, xüsusən də müxtəlif bölgələrin ləhcələrinin işlədilməsi adət halını alıb. Yeni ildən isə telekanallarda, əsasən də, aparıcıların hər hansı bölgənin ləhcəsini işlətməsindən söhbət getməyəcək, Şəki, Qazax, Naxçıvan ləhcəsi, habelə Anadolu türkcəsi ilə danışıqlara imkan verilməyəcək".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar