SON XƏBƏRLƏR

500 FƏAL BİRGƏ BƏYANAT YAYARAQ AZƏRBAYCANLI FƏALLARIN KÜTLƏVİ HƏBSİNƏ SON QOYULMASINI

2021.10.20, 07:36
500 FƏAL BİRGƏ BƏYANAT YAYARAQ AZƏRBAYCANLI FƏALLARIN KÜTLƏVİ HƏBSİNƏ SON QOYULMASINI

Gunaz.tv
500 FƏAL BİRGƏ BƏYANAT YAYARAQ AZƏRBAYCANLI FƏALLARIN KÜTLƏVİ HƏBSİNƏ SON QOYULMASINI hebs.jpg Dekabrın 10-da İranın 500 ictimai-siyasi fəalı birgə bəyanat yayaraq milli kimlik uğrunda dinc fəaliyyət aparan azərbaycanlılara qarşı təzyiqlərin dayandırılmasını və onların müxtəlif bəhanələrlə kütləvi həbsinə son qoyulmasını tələb ediblər. Gaip xəbər mərkəzinin Media forum saytından Aldiği məlumata görə, bəyanatda Azərbaycan sivil hərəkatını əzmək üçün yeni layihələr hazırlanmasından narahatlıq bildirilib: «Son aylar Azərbacan xalqının hüququ uğrunda dinc fəaliyyət aparan tanınmış ziyalılar, yazıçılar, jurnalistlər və tələbələrə qarşı hökumət təzyiqi gücləndirilib. Tehranda bir iftar qonaqlığına qatılan fəalların kütləvi həbsi, universitet müəllimi Abdulla Abbasi Cavanın həbsdə saxlanması, Səttarxanın anım mərasimində fəal Hüseyn Hüseyninin tutularaq naməlum istiqamətə aparılması, tanınmış şair Məhəmmədrza Ləvayinin tutulması, qadın hüquq müdafiəçisi Şahnaz Qulaminin həbsə salınması, İran ordusunun quru qüvvələrinin zabiti Firuz Yusifinin Kərəcdə həbs edilməsi və sair hərəkətlər İranda insan hüquqları uğrunda fəaliyyət aparan təşkilatların narahatlığına səbəb olub». Bəyanat müəllifləri hökumətin milli və siyasi fəallara qarşı bu hərəkətinin dekabrın 10-da 60 illik yubileyi qeyd olunan Ümumdünya İnsan Haqları Bəyannaməsiylə bir araya sığmadığını vurğulayaraq təzyiqlərin dayandırılmasını, həbsdə saxlanan bütün fəalların dərhal azadlığa buraxılmasını tələb edirlər.gaip

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar