SON XƏBƏRLƏR

İran adlanan yerdə daha 6 nəfər edam olundu

2021.10.20, 07:36
İran adlanan yerdə daha 6 nəfər edam olundu

Gunaz.tv
İranda daha 6 nəfər edam olundu irandaedam.jpg DAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən İran adlanan ölkənin mətbuatında yayılan xəbərlərdə bildirilir ki 8 dekabr 2008-ci il tarixində İranın Zahidan şəhərinin mərkəzi həbsxanasında 3 nəfər edam olunub. Edam olunan şəxslərin adları və ittihamları açıqlanmayıb. Bununla yanaşı fars xəbər agentliyinin yaydığı məlumata əsasən İranın Çaharmahal və Bəxtiyari inqlab məhkəməsinin sədri Əhməd Rza Bəhraminin verdiyi məlumata əsasən 3 nəfər həmin şəhərin mərkəzi həbsxanasında qisas yolu ilə edam olunublar. Amma onların adları və ittihamları barədə heç bir məlumat verilməyib. İranın rəsmi orqanları 370 nəfərin edam olunduğunu təsdiq edib. İran dünyada edam cəzasına görə Çindən sonra ikinci yerdədir, lakin İranda edam olunanların sayı rəsmi rəqəmlərdən dəfələrlə çoxdur. İranda edamların əksəriyyəti qapalı şəraitdə olması edam olunanların adlarını, ittihamlarını və adlarını dəqiqləşdirmək çətindir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar