SON XƏBƏRLƏR

Türkiyədə Çingiz Aytmatovun 8 cildik əsərlər toplusu işıq üzü görüb

2021.10.20, 07:36
Türkiyədə Çingiz Aytmatovun 8 cildik əsərlər toplusu işıq üzü görüb

Gunaz.tv
Türkiyədə Çingiz Aytmatovun 8 cildik əsərlər toplusu işıq üzü görüb İstanbul. Mayis Əlizadə-APA. Türkiyədə dahi qırğız yazıçısı Çingiz Aytmatovun əsərlərindən ibarət toplu işıq üzü görüb. APA-nın Türkiyə bürosuna məlumatına görə, 8 cilddən ibarət toplunun hər cildi Aytmatov soyadının bir hərfi ilə adlandırılıb. Bu toplu Rusiyanın sifarişi ilə dəri cilddə çap edilib, dəri qutularda Aytmatovun yaradıcılığını sevənlərə təqdim ediləcək. Aytmatovun 8 cildliyində yer alan 16 illüstrasiyanı azərbaycanlı rəssam Sənan Eynullayev çəkib. Rəssam əməkdaşımızla söhbətində dünya miqyaslı yazıçının yüksək keyfiyyətlə hazırlanmış 8 cildliyinə illüstrasiyalar çəkmək onun üçün şərəf işi olub. 8 cildliyin nəşr olunduğu nəşriyyatın ortaqlarından olan azərbaycanlı iş adamı Nurlan Yusifli də APA-nın əməkdaşı ilə söhbətində bələ bir işə imza atmaqdan çox xoşbəxt olduqlarını vurğulayıb. Çingiz Aytmatovun əsərlərinin daxil olduğu 8 cildlik külliyyatın bir hissəsi dekabrın 5-də Qazaxıstanın paytaxtı Astanaya göndərilib. Kitabların bir hissəsi oradan Bişkekə, bir hissəsi isə Moskvaya aparılacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar