SON XƏBƏRLƏR

Partiyalar dövlət büdcəsindən maliyyələşə bilər

2021.10.20, 07:36
Partiyalar dövlət büdcəsindən maliyyələşə bilər

Gunaz.tv
Partiyalar dövlət büdcəsindən maliyyələşə bilər "Kimlərinsə seçkiyə qatılmamasından qətiyyən narahat deyilik. Əminəm ki, bundan Azərbaycan seçiciləri də heç nə itirməyəcəklər". Bu sözləri Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. Şöbə müdiri seçkidə iştirak etmək istəməyən, siyasətini öz ambisiyaları üzərində quran şəxslərin fəaliyyətindən nə xalqın, nədəki hökumətin narahat olduğunu bildirib. Artıq Azərbaycanda prezident seçkisinə start verildiyini xatırladan Ə.Həsənov Mərkəzi Seçki Komissiyasına yetərincə namizədin müraciət etdiyini bildirib: "Namizədlər üçün bütün lazımi şərait yaradılıb, bundan sonra da yaradılacaq. Biz bugünkü vəziyyətdən tam razıyıq. Düşünürəm ki, beynəlxalq təşkilatların da narazılığı yoxdur. Azərbaycanda seçkilər şəffaf keçiriləcək, seçkinin nəticələri Azərbaycan xalqını tam qane edəcək". Siyasi partiyaların dövlət tərəfindən maliyyələşməsi məsələsinə də toxunan Həsənov bildirib ki, prosesdəki bəzi şübhəli məqamlar, cəmiyyəti narahat edən nüanslar nəzərə alınarsa, Azərbaycan dövlətinin imkanları artdıqca, bu institutların maliyyələşməsi dövlət büdcəsindən həyata keçirilə bilər. Onun sözlərinə görə, müasir dünyada siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsi təcrübəsi mövcuddur (APA). Şöbə müdiri siyasi partiyaların dövlətdən maliyyələşməsi ilə bağlı fikirlərin Azərbaycanda uzun müddətdir ki, səsləndiyini, bu istiqamətdə müzakirələrin aparıldığını deyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar