SON XƏBƏRLƏR

Ərdoğan Tiflisə ümid verdi

2021.10.20, 07:36
Ərdoğan Tiflisə ümid verdi

Gunaz.tv
Ərdoğan Tiflisə ümid verdi O, gələn həftə Bakıya gələcək Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan dünən rəsmi səfərdə olduğu Rusiyanı tərk edərək Gürcüstana yollanıb. Tiflisdə prezident Mixail Saakaşvili ilə görüşən Ərdoğan ayaq basdığı ölkədə yaşanan son durumu müzakirə edib, Ankaranın situasiya ilə bağlı tutduğu mövqeyini açıqlayıb. "Gürcüstanın ərazi bütünlüyü və sərhəd toxunulmazlığını dəstəkləyirik. Gürcüstanda son günlər yaşanan silahlı əməliyyatların dostumuz olan ölkəyə verdiyi ağrıları paylaşmaq və nə kimi yardımlar edə biləcəyimizi öyrənmək üçün buraya gəldik. Dost Gürcüstanda yaşananları xalqımız da diqqətlə izləyir", - Ərdoğan deyib. Onun sözlərinə görə, Türkiyə Qızıl Ay Təşkilatı münaqişə bölgəsinə ilk humanitar yardım partiyasını çatdırıb. Ankara ərzaq və qidadan ibarət daha 160 ton yardım yollamağa hazırlaşır. Türkiyənin baş naziri daha sonra bildirib ki, gələn həftə Bakıya gələcək, Cənubi Qafqazdakı vəziyyəti Azərbaycan prezidenti İlham Əliyevlə müzakirə edəcək. express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar