SON XƏBƏRLƏR

Rusiya prezidenti Dmitriy Medvedev bildirib ki, Moskva Abxaziya ilə Cənubi Osetiyanın müstəqilliyə dair hər hansı qərarını dəstəkləyəcək

2021.10.20, 07:36
Rusiya prezidenti Dmitriy Medvedev bildirib ki, Moskva Abxaziya ilə Cənubi Osetiyanın müstəqilliyə dair hər hansı qərarını dəstəkləyəcək

Gunaz.tv
“Moskva Cənubi Osetiya və Abxaziyanın statusunu təmin edəcək” _44922666_medved_b.jpg Rusiya prezidenti Dmitriy Medvedev bildirib ki, Moskva Abxaziya ilə Cənubi Osetiyanın müstəqilliyə dair hər hansı qərarını dəstəkləyəcək. “Bizim mövqeyimiz dəyişməz qalır”, - deyib Rusiya lideri. Dmitriy Medvedevin sözlərinə görə, beynəlxalq müqavilə və razılaşmalar çərçivəsində Rusiya nəyinki müstəqillik barədə qərarı dəstəkləyəcək, o, hətta bu cür qərarların təminatçısı olmaq fikrindədir. Rusiya prezidenti bu barədə Moskvada tanınmamış respublikaların liderləri ilə görüşdən sonra bəyanatla çıxış edib. Bundan əvvəl Eduard Kokoytı və Serqey Baqapş demişdilər ki, müstəqilliklərinin tanınması ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət etmək niyyətindədirlər. Rusiyanın Xarici İşlər Nazirliyi bildirir ki, son günlər ərzində ərazi bütövlüyü prinsipinin təmin ediləcəyi barədə söhbət aparmaq "etika baxımından" düzgün deyil. “Ərazi bütövlüyü prinsipinin bu mərhələdə hər-hansı bir sənədə əlavə edilməsi abxazlar və osetinlər üçün təhqirdir”, - deyib xarici işlər naziri Serqey Lavrov. Gürcüstan bildirir ki, hec bir vəhclə Suxumi və Tsxinvalinin müstəqillik ideasını qəbul etməyəcək. Daha əvvəl ABŞ Gürcüstanın ərazi bütövlüyünün dəstəklədiyini bildirib. bbc

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar