SON XƏBƏRLƏR

Amerika Tbilisiyə dəstəyini nümayış etdirir

2021.10.20, 07:36
Amerika Tbilisiyə dəstəyini nümayış etdirir

Gunaz.tv
Amerika Tbilisiyə dəstəyini nümayış etdirir 20080723055823rice-afp22.jpg Kondoliza Rays Amerikanın dövlət katibi Kondoliza Rays (Condoleeza Rice) Rüsiya ilə qarşıdurmada olan Gürücstan prezidenti Mixail Sakaşviliyə Amerikanın dəstəyini nümayiş etdirmək məqsədilə Tbilisiyə yola düşüb. Bu səfər qopmuş Cənubi Osetiya bölgəsi üzündən Rusiya və Gürcüstan qüvvələri arasında döyüşlərdən bir həftə sonra həyata keçirilir. Bundan bir gün əvvəl Amerikanın Müdafiə Naziri Robert Qeyts (Robert Gates) xəbərdarlıqla çıxış edərək demişdi ki, Gürcüstan münaqişəsi Amerika ilə Rusiya arasında münasibətlərə mənfi təsir göstərə bilər. Almaniya kansleri Anqela Merkel (Angela Merkel) digər bir missiya ilə Rusiyaya səfər edir. O, Rusiya prezidenti Dmitri Medvedev ilə görüşəcək. bbc

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar