İranda illik inflyasiya 76,8 faizə çatıb: ərzaq məhsullarında kəskin bahalaşma
Küveyt İran səfirini çağırıb
Ramil Həsən Cevdet Yılmazla Azərbaycan-Türkiyə münasibətlərini müzakirə edib
ABŞ İsrailə daha çox “Patriot” hava hücumundan müdafiə sistemi göndərir
Sabah Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqləyib
Allahşükür Paşazadə: Dindarlar hər zaman dövlətimizin yanındadırlar, xaricdən gələcək hər bir təxribata cavab verməyə hazırıq
Iranda daha altı məhbus edam edilib
İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
Sulduzlu sosial media fəalı müvəqqəti olaraq sərbəst buraxılıb
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
Tramp seçkilərdən sonra İrana zərbə endirilməsinin mümkün olduğunu bildirib
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
ABŞ İranın Amerika hərbi gəmilərinin Hörmüzdən çıxması barədə bəyanatını təkzib edib
CNN: ABŞ İrana genişmiqyaslı hərbi zərbələr endirməyə hazırlaşır
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
Ərdəbilli fəal həbs edilib
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
İraqlı etirazçılar: “İran, itlərini geri çək!” (Video)
İran işğalçı rejiminin Azərbaycan Respublikasında din və hicabı müdafiə etməsi, işğal altındakı Əhvazda isə sünnilərin və vilayəti-fəqihə tabe olmayan şiələrin toplantılarını qadağan etməsi və onları həbs etməsi arasındakı ziddiyyət!!
İranda Güneyli rejissor həbs və əmlakının müsadirəsi cəzasına məhkum edilib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Traxtur “Malavan”a qarşı 3:0 hesabı ilə məğlub elan edildi
Məkkə Sazişi Türkiyə parlamentinin komissiyasında qəbul edilib
Əhməd Xatəmi: Müctəba Xameneinin seçilməsi Allahın işi idi! Onu cəmi bir dəqiqəyə seçdik!
Həmədanda iş qəzası- Daha bir nəfər həlak oldu
Sistan və Bəlucistanda daha bir neçə nəfər həbs edildi
Məqsəd Tehranın nüvə və raket proqramının məhvı olmalıdır- Eisenkot
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
İDDİA: Tehran görüşündən öncə zalda dinləmə cihazı tapılıb
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Yəmən qüvvələri: 24 saat ərzində İranın dəstəklədiyi husilərin 382 üzvü öldürülüb
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Fevralın 28-dən mayın 9-dək 4 mindən çox şəxs həbs edilib, yanvar etirazları ilə bağlı 29 nəfər edam olunub
Azərbaycan Prezidenti: Özümüzü yarana biləcək istənilən çətinlikdən qorumaq üçün lazımi tədbirlər görməliyik
Prezident: Kiminsə bizə nəyisə diktə edə biləcəyi barədə əsassız düşüncələr bundan sonra da qətiyyətli mövqeyimizlə qarşılanacaq
Azərbaycan lideri: Dövlətçiliyimizi, müstəqilliyimizi və həyat tərzimizi qorumaq üçün qətiyyətli olmalıyıq
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Qərbi Azərbaycanda bu qədər mədən ehtyatı var- Rəsmi
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Pezeşkian Moskvadadır
Bakı sakinləri qonşu ölkəyə həmrəyliklərini bildirirlər "Biz imkan verməməliyik ki, Rusiya Qafqazda hegemonluğunu tətbiq etsin" "Bir az təsəllimiz o oldu ki, biz vaxtilə Rusiyanın işğalçılığını təsdiq edə bilmədik, amma indi dünya onların iç üzünü gördü" "Biz torpaqlarımızı azad etmək istəsək, Rusiya Ermənistanı dəstəkləyəcək. Biz ancaq Türkiyəyə güvənməliyik" "Amerika Gürcüstanı aldatdı. Rusiya da istədiyini elədi" Bütün dünyanın diqqəti indi Gürcüstana yönəlib. Rusiya-Gürcüstan müharibəsi hazırda hər kəsin müzakirə etdiyi bir nömrəli mövzudur. Bu müharibə Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Gürcüstan bizim qonşumuzdur, orada xeyli sayda soydaşımız yaşayır və ən əsası Azərbaycan da oxşar problemlə üz-üzədir. Bizim də torpaqlarımız işğal olunub və ərazi bütövlüyümüz pozulub. Bu amilləri nəzərə alaraq vətəndaşlarımızın Gürcüstandakı hadisələri ciddi izləməsi və müəyyən nəticələr çıxarması gərəkir. Sakinlərimizin münasibətini öyrənmək üçün ənənəvi sorğu metoduna yenə müraciət etdik. Bakı sakinlərinin mənzillərinə telefon açıb əhalimizin nə dərəcədə ayıq-sayıq olmasını öyrənməyə cəhd etdik. Rəfiqə xanım - 42 yaşında, evdar qadın: - Əlbəttə, münasibətim pisdir. Kim istəyər ki, müharibə olsun. Baxırdıq, telekanalları izləyirdik. Dinc əhali qırılır, camaat küçədə, meyitlər ortada qalıb, evlər dağılıb. Ruslar bizdə də belə eləmişdilər. Onlar həmişə öz mənafelərini gözləyir. Mən bilən, bunlar hamısı neftə görədir. Baxıram bütün proqramlara, mənə pis təsir edir, gözümün suyunu tökürəm. Adamlara yazığım gəlir... - Bəs necə düşünürsünüz, Azərbaycan ərazi bütövlüyünü təmin etmək üçün eyni hərəkəti etməlidirmi? - Onu deyə bilmərəm. Bircə onu bilirəm ki, biz də əvvəl-axır torpaqlarımızı almalıyıq. Gülarə xanım - evdar qadın - Bu hadisələrdən heç nə başa düşmürəm. Gürcülər deyir, ruslar hücum etdi, ruslar deyir, gürcülər. Bilmirsən kimə inanasan. Bu nəticəyə gəlmişəm ki, dava eləmək lazım deyil. Özü də Rusiya ilə. Biz də gərək dava etməyək. Allah eləməsin, onlarla müharibəyə girək, bizi onlardan da betər eləyərlər. Gürcülər, öz gicliklərinə görə qoy özləri cavab versin. - Bəs torpaqlarımızı hansı yolla azad edək? - Ancaq gözləmək lazımdır. Ancaq sülh yoluyla. Mən özüm üçün nəticə çıxardım ki, Rusiya min kərə güclüdür. Ermənilər də onların dostudur... Aydan Kələntərova - Azərbaycan İqtisad Universitetinin I kurs tələbəsi: - Hadisələri ailəlikcə izləyirik. Birinci Gürcüstan başladı, ancaq gərək Rusiya da bu cür qəddar hərəkət etməyəydi. Rusiya düzgün etmədi. Uşaqların, dinc əhalinin öldürülməsinə heç cür haqq qazandırmaq olmur. Biz sabah torpaqlarımızı almaq istəsək, bizə də eyni, hələ bəlkə bundan da betər münasibət göstərərlər. Onlar üzdə yaxşı görünür, amma bizə münasibətləri əslində yaxşı deyil. Rusiya "Evrovizion"da Ermənistana 12 xal verdi. Göstərdi ki, kimi özünə yaxın sayır. Elşad Əliyev - Xəzər Universitetinin tələbəsi: - Biz özümüz problem içindəyik. Öz dövlətimiz var, Qarabağ boyda da problemimiz. Düzünü desəm, mənə Gürcüstan hadisələri təsir eləmədi. Rusiya bizim başımıza bundan da pis işlər açıb. Ermənistanın arxasında Rusiya var, Qərb var. Biz ancaq öz ordumuza, xalqımıza güvənə bilərik. Xalqın birliyindən çox şey asılıdır. Ola bilər məğlub olarıq, ancaq mənəvi cəhətdən qalib gəlmiş sayılacağıq. Biz imkan verməməliyik ki, Rusiya Qafqazda hegemonluğunu tətbiq etsin. Bir dövlət, xalq olaraq sözümüzü deməliyik. Torpaqlarımızı almalıyıq. Səbinə xanım - 26 yaşında (ailəlidir) - Gürcüstan məsələsində biz Rusiyanı qınayırıq. Hadisələri izləyirik, həm də ailəlikcə, çox emosional şəkildə. Münasibətimiz də pisdir. Bir az təsəllimiz o oldu ki, biz vaxtilə Rusiyanın işğalçılığını təsdiq edə bilmədik, amma indi dünya onların iç üzünü gördü. Biz gürcüləri məğlub olmuş saymırıq. Mən oğlan olsaydım, könüllü cəbhəyə gedərdim. İstəyirdim gürcülər geri çəkilməsin, irəliləsin. Ancaq bir tərəfdən də fikirləşirəm ki, yaxşı oldu, dayandılar. Yoxsa daha çox insan qırılacaqdı. Daha çox qan töküləcəkdi. ABŞ Gürcüstanı satdı. Gürcüstan Amerika ilə Rusiyanın oyunlarının qurbanı oldu. Deməli, Amerika ilə Rusiya pərdə arxasında razılığa gəliblərmiş. Yoxsa Rusiya bilsəydi ki, ABŞ, İngiltərə müdaxilə edəcək, belə arxayın davranmazdı. Hansısa strateji nöqtəni ələ keçirməkdi, ya nədisə, Rusiya ABŞ-dan yüz faiz "dobro" almışdı. İndi Rusiya Abxaziyada, Osetiyada sülhməramlı qüvvələr adı altında külli miqdarda qoşun saxlayacaq. Amerika da dəniz tərəfdən gəlib oturub. Ortada ziyan Gürcüstana, dinc əhaliyə dəydi. Nə qədər adam qırıldı. Abxaz, osetin, bunlar hamısı boş şeydi. Gürcüstan qurban getdi. ABŞ Gürcüstanı qızışdırıb saldı ortaya, özü isə kənarda qaldı. Gürcüstan bu addımı atmamışdan gərək keçmişə baxaydı, görəydi ki, Amerika indiyədək nə qədər belə "dostlarını" satıb. Mənim gözümdə Amerika da, Rusiya da ikisi də eyni dərəcədə təcavüzkardır. Bir fərq var ki, Rusiya ermənilərin əliylə Azərbaycanın başına müsibətlər açıb. Bizi qırıb. Ona görə də dövlətlər dostlarını düzgün seçməlidir. Biz ancaq türk dövlətləri ilə bir yerdə olmalıyıq. Elə etməliyik ki, Gürcüstan kimi bir addım irəli, iki addım geri olmasın. Xatirə xanım - 32 yaş: - Münasibətimiz mənfidir. Rusiyanın müdaxiləsi baxımından. Gərək adamları qırmayaydılar. Həmişə belə olur. Tarix belədir. Biz nə Qarabağı unutmuşuq, nə Xocalını. Bunların hamısını edən ruslar deyildi?! Eyni hərəkəti Gürcüstanda da elədilər. Aygün xanım - 24 yaşında: - Uşaqların əlindən televizora baxmağa elə də vaxtım olmur. Amma hadisələrdən xəbərim var. Hamı kimi mənim də münasibətim pisdir. Müharibəni heç kim istəmir. Amma yəqin Gürcüstanın başqa yolu olmayıb. Yoxsa kim istəyər ki, milləti qırılsın. - Sizcə, Azərbaycan Qarabağı azad etməyə başlasa, Rusiyanın bizə də münasibəti eyni olar? - Gürcülərə o cür münasibət göstərdilərsə, yəqin bizə də eyni münasibət olar. - Bəs torpaqlarımızı hansı yolla azad etməliyik? - Vallah, çətinlik çəkirəm... Bilmirəm hansı yolla... Ruqiyyə xanım - 28 yaş (tibb bacısı) - Hadisələri izləmişəm. Əlbəttə, pis təsir edir. İnsanlar qırılır, xeyri nədi... Əsas odur ki, müharibə olmasın. Həsrət Abbasov - 57 yaş: - Müharibəni heç vaxt istəmirik. Gürcüstan prezidentini də qınayıram. Bu məsələni ancaq sülh yoluyla həll etmək lazım idi. Millət qırılır, bunun cavabını kim verəcək? 2 dövlət başçısı yola getmir, arada ziyanı camaata dəyir. Nərgiz - 20 yaşında. Azərbaycan Beynəlxalq Universitetinin tələbəsi, "İrəli" Gənclər Təşkilatının üzvü: - Demək olmaz ki, bu hadisələrdə Gürcüstanın günahı olmadı. Mənə elə gəlir ki, məsələni "dəyirmi masa" arxasında həll etmək olardı. Bu qədər insanın qırılmasına ehtiyac yox idi. Ancaq Gürcüstana hücum etməklə Rusiya bir daha özünü tanıtmaq istədi. Həm də Azərbaycana da göstərdi ki, sakit durmasanız, belə aqibət sizi də gözləyir. Biz torpaqlarımızı azad etmək istəsək, Rusiya Ermənistanı dəstəkləyəcək. Biz ancaq Türkiyəyə güvənməliyik. Hüseynağa Zeynalov - təqaüdçü - Gürcüstan öz ərazi bütövlüyünü qorumalıdı. Rusiyanı qınayıram. Bizim də başımıza bu oyunları gətiriblər. Ruslar həyasızlıqlarından əl çəkmir. Ancaq bizim politoloqlar, nazirlər, dövlət adamları elə bil ruslardan qorxur, Rusiyanın adını çəkmirlər. Hansı ki, Rusiya çoxdan nüfuzdan düşüb. Onu "Böyük səkkizlik"dən də çıxaracaqlar. 70 il Rusiyanın müstəmləkəsi olduq. Neftimizi, qazımızı yeyirlər. Bu günədək problem həll edilməyibsə, yəqin söz veriblər ki, Dağlıq Qarabağ məsələsini sülh yolu ilə həll edəcəyik. Rusiya Gürcüstana göstərdiyi münasibəti bizə çoxdan göstərib. Ümumiyyətlə, hamı bilir ki, Rusiyada qafqazlıları sevmirlər. Bizə ikinci dərəcəli millət kimi baxırlar. Halbuki özləri dünyanın ən vəhşi millətidir. Onlarda insaf-zad yoxdu. Hücuma keçdi, "davay" deyib qabağına keçəni basıb qırır. Sabah biz torpağımızı almaq istəsək, bizi dəstəkləməyəcəklər. İndi dünyada xristian-müsəlman davası gedir. Qafqaz da elə yerdi ki, burda bir partlayış olsa, səsi bütün dünyanı bürüyəcək. Qərbin də maraqları var, istəmir ki, Qafqazda müharibə olsun. Deyir, problemləri sülh yolu ilə həll edin. Sülh yoluyla da olmur. Bizim bir işçimiz var, Gürcüstandandır, idmançıdır, evə gedib, hələ bir xəbər yoxdu, geri qayıtmayıb... Pərviz - 24 yaş: - Fikrim budu ki, Amerika Gürcüstanı aldatdı. Rusiya da istədiyini elədi. Məsələ onun üstündə idi ki, Gürcüstanı silkələsin, bizə də mesaj göndərsin ki, "duxunuz" var, tərpənin, Bakıya qədər gəlib çıxacağıq. Gürcüstanın ağlı yoxdu ki, Rusiya ilə konfliktə gedir. - Sizcə, biz "duxumuzu" göstərməməliyik? - Yaxın 20 ildə yox. Azdan-çoxdan biz də bir şey bilirik. Mehparə - 45 yaş: - Rusiyanın hərəkəti heç cür düzgün deyil. Gərək müharibə eləməzdilər. Gürcüləri heç olmasa müdafiə edən var. Bizə heç kömək edən olmadı. İndi də olmayacaq. Müharibə yolu ilə torpaqlarımızı almaq istəsək, bizi dəstəkləməyəcəklər, çünki xristiandılar. Müharibə pisdir, heç kəs müharibə istəmir, amma başqa yol yoxdu. Sakit oturmamalıyıq. Əhali əziyyət çəksə də, neyləmək olar, gərək torpaqlarımızı geri alaq. Azadə xanım - 43 yaş (terapevt) - Hadisələri izləyirik. Gözümüz televizordadır. Orada nə qədər azərbaycanlı yaşayır. Onlara bir şey olacaqsa, bizə də pis təsir edəcək. Rusiya da həmişəki kimi təcavüzkarlığını göstərir. Qarabağı da ruslar alıb erməniyə verdi. Erməni kimdi ki, Azərbaycanın qabağına çıxaydı. Həmin məsələləri gürcülərin də başına gətirirlər. Onları heç olmasa müdafiə edən var. Bizə kömək edən yoxdu. Tək qalmışıq. Bircə Türkiyədir yanımızda. Gərək ona bel bağlayaq. Apardığımız sorğu göstərdi ki, paytaxt sakinləri Gürcüstanda baş verənlərə həssaslıqla yanaşır, həmçinin siyasi baxımdan da xeyli aktiv və uzaqgörəndir. Əhalimizin Qarabağ məsələsində Rusiyanın oynadığı rolu dönə-dönə xatırlatması isə xalqın yaddaşının hələ də korşalmadığının sübutudur. Deməli, xalqlar, millətlər dostlarını və düşmənlərini heç vaxt unutmur. Məlahət Rzayeva sherg
Iranda daha altı məhbus edam edilib
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
Həmədanda iş qəzaları- 327 nəfər...
İran aviasiyası iflic olub- Səbəb
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
İraq da İranla sərhəddi bağladı
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
İranda dollar yenidən bahalaşmağa başladı
TƏCİLİ | İranın cənubunda bir neçə partlayışın baş verdiyi bildirilir
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
Iranda daha altı məhbus edam edilib
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər