SON XƏBƏRLƏR

Regionda yaranan vəziyyəti müzakirə etmək üçün Rəcəb Tayyib Ərdoğan Bakıya gələcək

2021.10.20, 07:36
Regionda yaranan vəziyyəti müzakirə etmək üçün Rəcəb Tayyib Ərdoğan Bakıya gələcək

Gunaz.tv
Rəcəb Tayyib Ərdoğan Bakıya gələcək Regionda yaranan vəziyyəti müzakirə etmək üçün Türkiyə Gürcüstanın ərazi bütövlüyünü tanıyır və regionda sabitliyin tərəfdarıdır. Bunu Tbilisidə keçirdiyi mətbuat konfransında Türkiyənan baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib. Gürcüstanın region üçün əhəmiyyətli dövlət olduğunu diqqətə çatdıran baş nazir bölgədə layihələrlə bağlı Azərbaycan rəhbərliyi ilə də müzakirələr aparacağını və bu məqsədlə Bakıya gələcəyini deyib. Gürcüstan prezidenti Mixail Saakaşvili ilə keçirdiyi görüşdə Ərdoğan münaqişə bölgəsində vəziyyətlə yanaşı, qaçqınların da vəziyyətini müzakirə edib. Türkiyənin baş naziri bildirib ki, 160-a yaxın humanitar yardımla dolu yük maşını artıq Tbilisi şəhərinə doğru istiqamət alıb. Moskva görüşü barədə qısa məlumat verən baş nazir bildirib ki, Rusiya prezidenti və baş naziri ilə son vəziyyəti müzakirə edib. Əlavə edib ki, Türkiyə münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır. Bu məqsədlə təklif edir ki, Rusiya və Gürcüstanın təmsil olunduğu bir təşkilat yaransın ki, problemlər həmin təşkilat çərçivəsində müakirə edilsin. Ərdoğan bəyan edib ki, münaqişə nəticəsində dağılan Qori şəhərinin bərpa olunmasında Türkiyə öz köməyini göstərəcək.(ANS)

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar