SON XƏBƏRLƏR

Badamdarda Nuru paşanın heykəli qoyulacaqğ

2021.10.20, 07:36
Badamdarda Nuru paşanın heykəli qoyulacaqğ

Gunaz.tv
Badamdarda Nuru paşanın heykəli qoyulacaqğ Abidənin "Sahil" bağında qoyulması gündəmdə deyil Bir müddət əvvəl "Sahil" bağının adının dəyişdirilməsi ilə bağlı bir sıra təkliflər irəli sürülürdü ki, onlardan birini də-bağın adının Hüriyyət meydanı olması təklifini də Türk Hərəkatı İctimai Birliyi irəli sürmüşdü. Amma bu günə kimi bağın adının dəyişdirlməsi haqqında hansısa bir fikir səslənməyib. İctimai birlik tərəfindən əlaqədar təşkilatlara sorğu göndərilsə də, heç bir cavab alınmayıb. Birliyin sədri Həbib Ələkbərovun verdiyi məlumata görə, bu işdə mətbuatın fəallığından, məsələni gündəmə gətirməsindən çox məqam asılı idi ki, mətbuat bu vəzifəni istənilən səviyyədə üzərinə götürmədi. Belə ki, mətbuatın məsələ ilə maraqlanması müvafiq qurumların fəaliyyətsizliyinin aradan qalxmasında mühüm rol oynaya bilərdi. Qeyd edək ki, Səbail rayon icra hakimiyyətinin məlumatına görə, bağın adının dəyişdirilməsi ilə bağlı müxtəlif təkliflər səslənsə də, məkan "Sahil" bağı kimi qalır və müvafiq qərar olmadan bağın adının dəyişdirilməsi mümkün deyil. Məlumatlara görə, Bakının azad olunmasında xüsüsi xidməti olan Nuru Paşanın heykəlinin Badamdar qəsəbəsində, "Qurd qapısı"nın yanında qoyulması nəzərdə tutulur. ("OLAYLAR"İA)

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar