SON XƏBƏRLƏR

Gürcüstan rəsmən MDB-dən çıxdı

2021.10.20, 07:36
Gürcüstan rəsmən MDB-dən çıxdı

Gunaz.tv
Gürcüstan rəsmən MDB-dən çıxdı 20080815103619_1.jpg Gürcüstan parlamenti ölkənin Müstəqil Dövlətlər Birliyindən çıxması barədə prezident Mixail Saakaşvilinin təklifini yekdilliklə dəstəkləyib. Iclasda iştirak edən 117 millət vəkilinin hamısı bununla bağlı qərar layihəsinin lehinə səs verib. Deputatlar MDB-nin yaradılması haqqında 1991-ci il tarixli qərarı, MDB-nin Əsasnaməsini (1993) və iqtisadi əlaqələr haqqında sazişi (1993) qüvvədən düşmüş elan ediblər. MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev bildirib ki, qurumun Əsasnaməsinin 9-cu maddəsinə görə, birlikdən çıxmaq istəyən dövlət 12 ay əvvəldən bununla bağlı xəbərdarlıq etməlidir. Gürcüstan parlamentin hüquq məsələləri komitəsinin sədri Pavel Kublaşvili isə bəyan edib ki, bu qərar artıq Gürcüstanın MDB üzvü olmaması deməkdir: “Gürcüstan artıq MDB-ni rəsmən tərk etmiş sayılır və bu qurumla heç bir münasibətlərə malik deyil. MDB-ni hansısa ölkə tərk etmək istəyirsə, bu istəyin qarşısında heç bir hüquqi problem mövcud ola bilməz”. 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar