SON XƏBƏRLƏR

Rəcəb Tayyip Ərdoğan: “Türkiyə Gürcüstanda hərbi əməliyyatların nəticələrinin aradan qaldırılmasına dəstək verəcək”

2021.10.20, 07:36
Rəcəb Tayyip Ərdoğan: “Türkiyə Gürcüstanda hərbi əməliyyatların nəticələrinin aradan qaldırılmasına dəstək verəcək”

Gunaz.tv
Rəcəb Tayyip Ərdoğan: “Türkiyə Gürcüstanda hərbi əməliyyatların nəticələrinin aradan qaldırılmasına dəstək verəcək” Tiflis-APA. “Gürcüstana səfərdə məqsədim bu ölkədə baş verən hadisələrin qonşumuzun qəlbində açdığı acı yaraları bölüşməkdir”. APA-nın məlumatına görə, bu fikirləri Tiflisdə Gürcüstan prezidenti Mixail Saakaşvili ilə keçirdiyi birgə mətbuat konfransında Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan söyləyib. O, Gürcüstanda baş verən hadisələrin Türkiyədə də ciddi narahatlıqlar doğurduğunu bildirib: “Biz Türkiyə olaraq Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik. Gürcüstan Cənubi Qafqazda strateji əhəmiyyətə malik olan ölkədir. Türkiyə hərbi əməliyyatların nəticələrinin aradan qaldırılmasına da dəstək verəcək. Artıq Türkiyə Kızılayı Gürcüstana humanitar yardım etməyə başlayıb”. Ərdoğan Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq platformasının qurulmasının vacib olduğunu söyləyərək bu məsələni həm Rusiya prezidenti Dmitri Medvedev, həm də Gürcüstan prezidenti Mixail Saakaşvili ilə müzakirə etdiyini deyib. Onun sözlərinə görə, hər iki prezident bu təklifi məmnunluqla qarşılayıblar. Gürcüstan prezidentinin hərbi əməliyyatlar nəticəsində ölkənin müxtəlif bölgələrində dağıdılmış infrastrukturun bərpasına yardım göstərməyi xahiş etdiyini deyən Rəcəb Tayyip Ərdoğan Qoridə dağıdılmış ev və xəstəxanaların bərpasına köməklik göstəriləcəyini vəd edib. apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar