SON XƏBƏRLƏR

Abxaziya və Cənubi Osetiya separatçıları tərəf kimi tanındılar

2021.10.20, 07:36
Abxaziya və Cənubi Osetiya separatçıları tərəf kimi tanındılar

Gunaz.tv
Abxaziya və Cənubi Osetiya separatçıları tərəf kimi tanındılar abxaz-osetiya.jpg Dmitri Medvedev: “Rusiya Abxaziya və Cənubi Osetiyanın statusu ilə bağlı bu xalqların qəbul edəcəyi istənilən qərarı həm dəstəkləyəcək, həm də bunun qarantı olacaq” Abxaziya və Cənubi Osetiya separatçılarının liderləri Sergey Baqapş və Eduard Kokoyta Gürcüstanla münaqişənin nizamlanmasına dair 6 prinsipdən ibarət sənədi imzalayıblar. Lent.az-ın “RİA Novosti”yə istinadən xəbərinə görə, imzalanma mərasimi Rusiya prezidenti Dmitri Medvedevin iştirakı ilə keçirilib. Qeyd edək ki, bu prinsiplər daha öncə Fransa prezidenti Nikolya Sarkozinin vasitəçiliyi ilə hazırlanan prinsiplərdir: 1) Güc tətbiqindən imtina etmək. 2) Hərbi əməliyyatları tamamilə dayandırmaq. 3) Humanitar yardıma tam şərait yaratmaq. 4) Gürcüstan qoşunlarının daimi dislokasiya yerlərinə qayıtması. 5) Rusiya qoşunlarının müharibə başlamamışdan əvvəl olduğu mövqelərə çəkilməsi. 6) Cənubi Osetiya və Abxaziyanın gələcək statusu və təhlükəsizliyinin təmin olunması ilə bağlı beynəlxalq müzakirələrin başlanması. Sonuncu müddəa Saakaşvilinin xahişi və Medvedevin razılığı ilə sənəddən çıxarılıb. Lakin imzalanma mərasimində çıxış edən Medvedev Abxaziya və Cənubi Osetiya statusla bağlı xalqlarının qəbul edəcəyi istənilən qərarı Rusiyanın həm dəstəkləyəcəyini, həm də bunun qarantı olacağını bildirib. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar