SON XƏBƏRLƏR

Nino Burcanadze:

2021.10.20, 07:36
Nino Burcanadze:

Gunaz.tv
Nino Burcanadze: "Qoridə rus əsgərləri qadınları zorlayıb, uşaqları öldürüb, soyğunçuluq törədib və bütün bunları sübut edən kadrlar var". =3.jpg Gürcüstan parlamentinin keçmiş spikeri Nino Burcanadze hesab edir ki, Rusiya hərbi əməliyyatını "sülhə məcbur etmə" üçün aparmır. Əksinə, buna səbəb - Gürcüstanın qəsb edilməsidir. “Bu əməliyyat Gürcüstana qarşı cəzadır”, deyə N. Burcanadze “Vremya novostey” qəzetinə müsahibəsində bildirib. Onun sözlərinə görə, Gürcüstanın hərəkətinə gürcü kəndlərinə atəş açan tanınmamış Cənubi Osetiya Respublikası səbəb olub. "Bu, Rusiyanın müəyyən dairələri tərəfindən hazırlanıb. Gürcüstanın hərəkətlərini müzakirə etmək vaxtı deyil, ölkənin işğalını durdurmaq lazımdır. Bundan başqa, Rusiyanın Gürcüstanın qanuni seçilmiş prezidenti ilə danışıqlar aparmaqdan imtina etməsi barədə bəyanatı gürcü xalqının seçiminə hörmətsizlik və beynəlxalq hüquq çərçivəsindən çıxmaqdır". Burcanadze, gürcü əsgərlərinin Tsxinvalidə "vəhşi" hərəkətləri barədə Rusiya mətbuatının yazdıqlarını tamamilə cəfəngiyyat adlandırıb. Bununla yanaşı o, rus hərbçilərinin Gürcüstan ərazisində pozğunluq törətdiyini bəyan edib. “Avqustun 12-də Qori rayonunda qadınlar zorlanıb, uşaqlar öldürülüb, soyğunçuluq törədilib. Bununla bağlı sənədli kadrlar var”. N.Burcanadze həmçinin rus əsgərlərinin gürcü tərəfdən ölənlərin götürürlməsinə də mane olduğunu bildirib. Gürcüstanın MDB-dən çıxmasını isə xanım Burcanadze onunla əsaslandırıb ki, birlik ölkələrindən heç biri, MDB ölkələrindən birinin digərinə qarşı genişmiqyaslı hərbi əməliyyatlar aparması barədə hətta formal halda belə bəynat verməyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar