SON XƏBƏRLƏR

İRAN ƏTRAFINDA DA VƏZİYYƏT GƏRGİNLƏŞİR

2021.10.20, 07:36
İRAN ƏTRAFINDA DA VƏZİYYƏT GƏRGİNLƏŞİR

Gunaz.tv
İRAN ƏTRAFINDA DA VƏZİYYƏT GƏRGİNLƏŞİR Amerikanın üç təyyarədaşıyanı və çoxlu sayda gəmiləri İran sahillərinə doğru hərəkət edir 1400.jpg Qafqazın ardınca, deyəsən, Azərbaycanın cənubunda, İran ətrafında da vəziyyət kritik şəkildə gərginləşir. “Middle East Times” qəzetinin və İsrail kəşfiyyatına bağlı “Debkafile” agentliyinin məlumatına görə, Amerika və Britaniya donanmasının iri qruplaşması İran sahillərinə doğru irəliləyir. Məlumatda deyilir ki, İran istiqamətində eyni vaxtda üç Amerika təyyarədaşıyan gəmisi- “Teodor Ruzvelt”, “Ronald Reyqan” və “Abraham Linkoln”, həmçinin təyyarədaşıyan universal desant gəmisi “İwo Cima” üzür. Kanadanın “Global Research” analitik mərkəzinin saytı da bu xəbəri təsdiq edərək İrana doğru üzən Amerika gəmilərinin adlarını göstərib. Bildirilir ki, Amerika donanmasının gəmiləri beş qrup halında hərəkət edir, onları çoxlu sayda arket kreyserləri, esmineslər, freqatlar və desant gəmiləri, habelə sualtı qayıqlar müşaiyət edir. Agentlik qeyd edir ki, Amerika donanmasının gəmilərinə başda “Ark Royal” olmaqla Britaniya donanmasının gəmiləri də qoşulacaq. Lakin bu xəbərlər hələlik rəsmi təsdiqini tapmayıb. “Stratfor” agentliyi Pentaqona istinadən xəbər yayıb ki, adları çəkilən gəmilər Amerikanın Şərq və Qərb sahillərindədir. “Ronald Reyqan” təyyarədaşıyanı isə Yaponiya sahillərinə hərəkət edir. İranın müdafiə naziri Məhəmməd Nəccar isə bəyan edib ki, onun ölkəsinin kifayət qədər müdafiə vasitələri var və əgər təcavüzkar hücum edərsə gözləmədiyi sürprizlərlə üzləşəcək. Nəccar deyib ki, İran həmçinin radarlara yaxalanmayan hərbi gəmilərə malikdir və onlar 300 kilometr məsafədən düşmən gəmilərini məhv edə bilər. Siyasət şöbəsi musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar