SON XƏBƏRLƏR

Ərdoğan Medvedev və Putinlə görüşdü

2021.10.20, 07:36
Ərdoğan Medvedev və Putinlə görüşdü

Gunaz.tv
Ərdoğan Medvedev və Putinlə görüşdü erdoqan-medmedyev.jpg Dünən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Moskvaya səfər edib. lent.az-ın xəbərinə görə, səfər çərçivəsində Ərdoğan rusiyalı həmkarı Vladimir Putin və prezident Dmitri Medvedevlə görüşüb. Görüşlərdə müxtəlif sahələrdə iki ölkə arasındakı əlaqələr barədə müzakirələr aparılıb. Ərdoğan Rusiya-Türkiyə münasibətlərinin getdikcə inkişaf etdiyini və bundan məmnun olduqlarını bildirib. Görüşün əsas müzakirə mövzusu isə Gürcüstanda baş verən hadisələr olub. Ərdoğan mətbuata açıqlamasında bildirib ki, Türkiyə ABŞ və Fransa ilə birlikdə münaqişənin həlli üçün səylərini davam etdirəcək. Rusiya tərəfi isə Türkiyə baş nazirinin “Qafqaz İttifaqı” ideyasına müsbət yanaşdığını bəyan edib. görüşlərdə iki ölkənin xarici işlər nazirləri Sergey Lavrov və Əli Babacan da iştirak edib. Qeyd edək ki, Ərdoğan Moskvadan Tiflisə gedəcək, Gürcüstan prezidenti Mixail Saakaşvili ilə görüşəcək. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar