SON XƏBƏRLƏR

“Ahısxa türkləri” sənədli filminin çəkilişlərinə başlanıb

2021.10.20, 07:36
“Ahısxa türkləri” sənədli filminin çəkilişlərinə başlanıb

Gunaz.tv
“Ahısxa türkləri” sənədli filminin çəkilişlərinə başlanıb “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində “Ahısxa türkləri” sənədli filminin çəkilişlərinə başlanıb. Bu barədə APA-ya Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən məlumat verilib. Filmdə ahısxaların sürgün həyatı, mənəvi dəyərləri əks olunacaq, onlara məxsus məişət, dil, əxlaq, mərasim, folklor nümunələri təsvir ediləcək. Ssenari müəllifi Zərnişan İnqilabqızı, quruluşçu rejissoru Elşən Zeynallı olan ekran əsərində azərbaycanlıların, ahısxa türklərinin və gürcülərin çətin anda bir-birini dəstəkləməsi, insanlığa qarşı yönəldilmiş siyasi rejimlərin mahiyyəti canlanacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar