SON XƏBƏRLƏR

Ermənistanda benzin qıtlığı yaranıb_Gürcüstanın sanksiyası qonşu ölkəni ağır duruma salıb

2021.10.20, 07:36
Ermənistanda benzin qıtlığı yaranıb_Gürcüstanın sanksiyası qonşu ölkəni ağır duruma salıb

Gunaz.tv
Ermənistanda benzin qıtlığı yaranıb Gürcüstanın sanksiyası qonşu ölkəni ağır duruma salıb Gürcüstandan Ermənistana yanacaq ixracının azalması ilə əlaqədar Ermənistanda benzin qıtlığı yaranıb. Yanacaqdoldurma məntəqələrində növbələr yaranıb, müştərilərə 10 litrdən artıq benzin satılmır. Ermənistanın yanacaq idxal edən «Fleş» şirkətinin direktoru Muşeq Elçyan bildirib ki, indi ölkəyə yanacaq idxalı xeyli çətinləşib. Belə ki, son günlər 500 ton benzin gətirilsə də 3 min ton yanacaq Gürgcüstandakı hadisələrlə əlaqədar bu ölkədə saxlanılır. Buna görə də idxal şirkətləri yaxın vaxtlarda Ermənistanda benzinin bahalaşacağı gözlənilir. Amma şirkətlər mümkün qədər qiymət artımına getməyəcəklər. Bununla yanaşı Gürcüstanda maye qazın idxalının azalması da qıtlıq yaradıb. Maye qazdan əsasən marşrutlarda və taksilərdə istifadə edildiyindən qiymət artımı əhali üçün çətinlik yaracdacaq. --------------------------------------------------------------------- Litva prezidenti həyacan təbili çalır Valdas Adamkus: “BMT Qafqaza beynəlxalq silahlı qüvvələr yerləşdirməlidir” Litva prezidenti Valdas Adamkus BMT-ni Qafqazda azadlığı müdafiə etmək üçün bölgəyə beynəlxalq silahlı qüvvələr yerləşdirməyə çağırıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, V. Adamkus Tiflisdə Gürcüstan, Ukrayna, Polşa, Latviya və Estoniya liderləri ilə birlikdə keçirdiyi mətbuat konfransında bütün işğalçı qoşunların beynəlxalq qüvvələrlə əvəz olunmasının zəruriliyini vurğulayıb: “Dünya nəhayət, ayılmalı və regionda təhlükəsizliyin təminatı üçün real tədbirlər görməlidir. Əgər belə olmasa, bir gün hadisələr bu regiondan kənara çıxacaq”. V. Adamkus hesab edir ki, BMT kağız üzərində qalan qətnamələrdən fərqli bir qərar tapmalıdır. ---------------------------------------------------------------------- Estoniya parlamenti Rusiyanı ittiham etdi Avqustun 12-də Estoniya parlamenti (Riykiqoqu) Rusiyanın Gürcüstana qarşı hərbi təjavüzünü kəskin pisləyən bəyanat qəbul edib. Bəyanatda beynəlxalq ictimaiyyətin və demokratik dövlətlərin döyüş əməliyyatlarına dərhal son qoyulması və Gürcüstanın beynəlxalq aləmdə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün təmin edilməsi tələblərinə dəstək ifadə olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar