SON XƏBƏRLƏR

Qafqaz əsiri_Rusiya Gürcüstana təcavüz etməklə Birləşmiş Ştatların tələsinə düşdü

2021.10.20, 07:36
Qafqaz əsiri_Rusiya Gürcüstana təcavüz etməklə Birləşmiş Ştatların tələsinə düşdü

Gunaz.tv
"Qafqaz əsiri" Rusiya Gürcüstana təcavüz etməklə Birləşmiş Ştatların tələsinə düşdü Rusiyanın Cənubi Osetiyadakı "vətəndaşlarını" bəhanə edərək Gürcüstana qarşı təcavüzü qəribəliklərlə tarixə düşür. Məsələn, hazırda da Putinin köməkçisi olan RF prezidenti Dmitri Medvedyev bir iki gün əvvəl söylədi ki, "Rusiya Qafqazda heç vaxt passiv müşahidəçi olmayacaq. Rusiya tarixən Qafqaz xalqlarının təhlükəsizliyinin qarantı olub. Bu, bizim missiyamız və vəzifəmizdir". Tarix isə Rusiyanın bu torpaqlara gəlmə ermənilərdən başqa həm Şimali, həm də Cənubi Qafqazda yaşayan xalqları daim soyqırımlara məruz qoyması, torpaqlarını işğal etməsi, təxminən 1800-cü ildən bəri Qafqazda 6-8 milyon insanı, xüsusən müsəlmanları deportasiyaya məruz qoymasından danışır. Göytürk Boyu Vladimir Putindən 4 sm qısa olduğuna görə prezident olan Medvedyev Cənubi Osetiya adı ilə Gürcüstanı işğal etmələrini "sülhə məcburetmə əməliyyatı" adlandırıb. Bu sözlər durğunluq dövrünün qəhrəmanı Leonid Brejnevin zamanında sovet qoşunlarının Əfqanıstanda "sosializm qurmağa" getməsinə, "beynəlmiləl" müharibəni xatırladır. Durğun avtoritarizm dövrünü yaşayan Rusiyanın yalançı Dmitrisi rus-sovet qoşunlarının 1989-cu il sentyabrın 15-də Əfqanıstandan biabırçılıqla çıxdığını unudur. Rusiyanın keçmiş prezidenti və prezidentliyi dövründə çoxlu günah, cinayət törətdiyinə görə özünü baş nazir təyin etdirən Vladimir Putin bildirib ki, "ABŞ İraqdakı gürcü hərbi kontingentini hərbi nəqliyyat təyyarələri ilə Gürcüstana göndərməklə gürcü-osetin münaqişəsi zonasında sülhməramlı əməliyyat keçirilməsinə mane olur". Bu 1999-cu ildə hakimiyyətə gəlmək üçün Boris Yeltsin və Aslan Məshədovun 1997-ci ildə imzaladığı sülh sazişini tapdalayaraq Çeçenistanda növbəti qanlı müharibəyə başlamağa, "konstitusion quruluşu bərpa etməyə" bənzəyir. 1948-ci ildə Macarıstanda, 1956-cı ildə Çexoslovakiyada, 1979-1988-ci illərdə Əfqanıstanda, 1986-cı ildə Qazaxıstanda, 1989-cu il aprelin 9-da Tiflisdə, 1990-cı ilin 20 yanvarında Bakıda, həmin il Vülnüsdə, dünyanın başqa yerlərində faktiki olaraq soyqırım törətmiş rus qafası sülhməramlı əməliyyat keçirə bilər? Deyək ki, həmin hadisələr keçmiş SSRİ dövründə baş vermişdi. Bəs Rusiyanın birbaşa dəstəyilə keçmiş SSRİ məkanında baş qaldıran separatizm ocaqlarına nə ad verək? Qarabağda erməni, Gürcüstanda abxaz və osetin, Moldovada Dnestryanı separatizminin arxasında duran, daha dəqiq desək, onların adı ilə Azərbaycanın, Gürcüstanın, Moldovanın torpaqlarını işğal edən, Xocalı faciəsini törədən Rusiya hər hansı sülhməramlı əməliyyat keçirməyə qadirdimi? Xeyr! Xeyr! Xeyr! Türkiyənin "ılımlı dinçi" AKP hökumətinin nəzarətində olan bəzi KİV-lərini iddia etdiyi kimi Gürcüstan Cənubi Osetiyaya hücum etməyib, osetinləri qırmağa çalışmayıb. Gürcülər Cənubi Osetiyaya hücuma təhrik olunublar. ABŞ dövlət katibinin müavininin köməkçisi Metyu Brayza deyib ki, Rusiyanın Rok keçidi vasitəsilə Cənubi Osetiyaya xeyli qoşun, ağır texnika keçirdiyini, hücuma hazırlaşdığın görən rəsmi Tiflis təcavüzün qarşısını almaq məqsədilə hərbi əməliyyatlara başlayıb. İnandırıcıdır. Çünki Rusiyanın yaratdığı PKK terror təşkilatının avqustun 5-də 6-na keçən gecə Ərzincanda Bakı-Tiflis-Ceyhan kəmərini partlatması təsadüfi sayıla bilməzdi. Bütün dünyanın başının Pekin Olimpiadasına qarışdığını görən Rusiya Xəzər neft və qazının dünya bazarına nəqlini dayandırmaq, Mixail Saakaşvilini devirmək, Gürcüstanı cəzalandırmaq fikrinə düşmüşdü. Guya gürcülər Cənubi Osetiyada rus vətəndaşı olan osetinlərə əziyyət verir. Soruşan yoxdurmu ki, ay rus, separatçı bölgənin 94 faiz əhalisin necə sənin vətəndaşın olur? Maraqlıdır ki, avqustun 4-də Metyu Brayza bildirirdi ki, "Gürcüstan və Abxaziya təcili şəkildə istənilən formatda sülh danışıqlarına başlamalıdır. Gürcülər abxazlara dörd məsələ üzrə təminat verməlidir: güc tətbiq etməmək, iqtisadi, siyasi və mədəni təhlükəsizlik. Heç bir şərt irəli sürmədən danışıqların başlaması vacibdir. Bakı-Tiflis-Ceyhan kəmərinin normal fəaliyyəti üçün bölgədə sabitlik vacibdir. Bizim yeganə marağımız budur ki, regionda müharibə olmasın, Gürcüstanda sabitlik hökm sürsün". Sən saydığını say, gör, rus nə sayır? Rusiya olimpiada zamanı müharibələrin dayandırılması prinsipinə belə əməl etmədi. Ümumiyyətlə, hərbi əməliyyatların qızışması ilə bağlı fərqli fikirlər var. Qəribədir ki, CNN telekanalı isə Saakaşvilinin Cənubi Osetiyaya hücumla bağlı planlarını yanlış hesabladığını bildirib. Son həftələrdə neftin bir barelinin qiyməti 150 dollara çatmış və sonradan sürətlə ucuzlaşaraq 114 dollara enmişdi. Rusiyanın Gürcüstana hücumunu yalnız bu ucuzlaşmayla əlaqələndirməklə qeyri-dəqiqliyə yol verərik. Amma BTC-nin partladılması, Bakı-Tiflis-Ərzurum kəmərilə qazın nəqlinin, Bakı-Tiflis-Qars dəmiryolunun tikintisinin dayandırılması, "Nabucco", "Trans-Xəzər" layihələrinin perspektivinə şübhənin yaranması Rusiyanın, eləcə də "forpost" Ermənistanın maraqlarına uyğundur. Yəqin ki, buna görə də erməni mətbuatı Qərbyönümlü siyasət yürüdən Mixail Saakaşvilinin qorxusundan özünü öldürmək istəməsi, güclü psixotrop dərmanlar vasitəsilə ayaq üstə qalması, arvadı Sandra Ruloffsun Saakaşvilini məşuqəsilə görüb Hollandiyaya getməsi və bir daha Gürcüstana qayıtmamasından yazırlar. Qeyd edək ki, Sandra Ruloffs srağagün Tiflisdə keçirilən ümumxalq mitinqində çıxış edirdi. Gürcüstanı birmənalı dəstəkləyən Azərbaycan mətbuatından fərqli olaraq erməni KİV-i Mixail Saakaşvili haqqında təhqiredici lətifələrə yer verir, gürcülərin öz liderlərini istehzayla "Mişiko" adlandırdığını bildirir. Yəqin ki, rus "forpostunun" Qərbpərəst Gürcüstana münasibətinin haradan qaynaqlandığı məlumdur. Avqustun 8-də Rusiya Gürcüstana təcavüz etməklə dünya bazarında neftin və qazın qiymətinin artmasına çalışdı və özünü tora saldı. Rusiyanın Gürcüstana hücumundan və BTC-nin partladılmasından sonra dünya bazarında enerji qiymətlərinin qalxmaması, əksinə düşməsi göstərdi ki, bu qiymətlərə ciddi şəkildə nəzarət edən Qərbin, ABŞ-ın Rusiyanın işğalçı niyyətlərindən xəbəri vardı. Bir sözlə, Rusiya ABŞ-ın tikdiyi torbaya düşdü. Birləşmiş Ştatlar Rusiyanın əsl mahiyyətini, dünyaya, xüsusilə Avropa Birliyinə göstərdi. Boris Yeltsinin hakimiyyəti dövründə AB Rusiyanın Avropa dövlətinə çevrildiyini düşünürdü. Amma Vladimir Putin hakimiyyətə gəldikdən sonra Rusiya ikinci Çeçenistan müharibəsinin başlanması, ölkə daxilində demokratik müxalifətin, azad mətbuatın boğulması, Avropanı qaz və neft şantajıyla və s. qeyri-məqbul olaylarla yadda qaldı. Buna baxmayaraq, Avropa Rusiyanın yola gələcəyinə inanırdı. Birləşmiş Ştatlar isə Gürcüstana hücum edən Rusiyanı tora saldı, maskasını açıb bütün dünyaya nümayiş etdirdi. Rusiya-Gürcüstan müharibəsi neft pullarıyla xəzinəsi dolan Kremlin Cənubi Qafqazda və Orta Asiyada həyata keçmək istədiyi enerji planlarına, MDB məkanında rus dilinin inkişafıyla bağlı niyyətinə, bu məkanda qeyri- hökumət təşkilatları, KİV-lərlə bağlı planlarına və s. imperialist maraqlarından doğan arzularına ciddi zərbə vurdu. Region xalqları və ölkələri Rusiyanın qaniçən, imperiyapərəst quruluşunu bir daha gördü, öz hesablarını götürdülər. Bir daha əmin oldular ki, Moskvaya inanmaq olmaz, ruslar səmimi deyil, qaniçən, işğalçı və təcavüzkardır. Bəlkə də buna görə rus mətbuatı ABŞ-ın Gürcüstandan yararlanaraq Rusiyaya qarşı müharibəyə başladığını yazır. Rusiyanın "narıncı inqilabın" alternativi olaraq Gürcüstanı işğal etməklə Mixail Saakaşvilini devirmək planı iflasa uğradı. Yuxarıda qeyd etdiyimiz ki, bu müharibənin qəribə bir tərəfi də verilən bəyanatlardır. Srağagün gecə Fransa prezidenti Nikola Sarkozinin gətirdiyi, Avropa Birliyinin irəli sürdüyü atəşkəs sazişini imzalayan Dmitri Medvedyev Mixail Saakaşvilini dəli adlandırıb: "Bilirsiniz, dəlilərin digər insanlardan fərqi odur ki, qan qoxusununu alanda onları dayandırmaq çətindir. Buna görə cərrahi müdaxiləyə baş vurmaq məcburiyyətindəsiniz". Xatırladaq ki, cəmi bir gün əvvəl Rusiya Gürcüstanın separatçı Cənubi Osetiya ilə atəşkəs sazişini imzalamasını tələb edirdi. Əvəzində isə ABŞ və AB-nin təzyiqilə Rusiya Gürcüstanla atəşkəs sazişi imzaladı və münaqişədə tərəf olduğunu rəsmən boynuna aldı. Artıq ABŞ-ın tələbilə NATO-Rusiya Şurasının toplantısı təxirə salınıb, Rusiyanın Ümumdünya Ticarət Təşkilatına, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına, "G-8" sənayeləşmiş ölkələr qrupuna üzvlüyü şübhə altına alınıb. Artıq Gürcüstanın Hollandiyadakı səfiri Rusiyaya qarşı Beynəlxalq Məhkəmədə "etnik təmizləmə" ittihamıyla dava açıb. Haaqa Beynəlxalq Cəza Məhkəməsi Gürcüstanın Cənubi Osetiya bölgəsində baş verən hadisələrlə əlaqədar cinayət işi başlanacağını açıqlayıb. Avropa Birliyi Şurasının xarici işlər nazirləri səviyyəsində keçiriləcək toplantısında Rusiyaya qarşı qərarların alınacağı göslənilir. AB diplomatlarından biri baş verən olaylarla bağlı G-7 ölkələri arasında telefon diplomatiyasının sürdüyünü, 10 ildə ilk dəfə Rusiyanın kənarlaşdırıldığını açıqlayıb. Moskva isə belə münasibətin fərqindədir. ... Rəsmi Tiflis rus qırıcılarının BTC kəmərini bombaladığı haqqında məlumat yayıb. Amma Rusiyanın yüksək çinli nümayəndələri heç vaxt BTC-ni hədəfə götürmədiklərini israrla bildirirlər... xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar