SON XƏBƏRLƏR

Gürcüstandakı müharibə Azərbaycana 500 milyon dollar ziyan vurdu

2021.10.20, 07:36
Gürcüstandakı müharibə Azərbaycana 500 milyon dollar ziyan vurdu

Gunaz.tv
Gürcüstandakı müharibə Azərbaycana 500 milyon dollar ziyan vurdu abzztmlk.jpg BTC-nin fəaliyyətini dayandırması ölkəyə gündə 80 milyona başa gəlir Türkiyədə baş vermiş partlayış nəticəsində Bakı-Tiflis-Ceyhan (BTC) əsas ixrac neft boru kəmərinin fəaliyyətini dayandırması səbəbindən vergi və əlavə ödəmələr nəzərə alınmadan Azərbaycan gündə 50-70 mln. ABŞ dolları itirir. «Caspian Energy Alliance» neft-konsaltinq şirkətindən «APA-ECONOMICS»ə verilən məlumata görə, BTC-nin Türkiyə hissəsində bir-neçə gün davam edən yanğınla əlaqədar Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) bu kəmərlə ixracı dayandırıb, həmçinin «Azəri», «Çıraq» və «Günəşli» yataqlarından neft hasilatını azaldıb. Bununla, Azərbaycanda neft hasilatı təxminən 80% aşağı düşüb. Hazırda Gürcüstanda baş verən hadisələrə görə, Azərbaycan və xarici şirkətlərin iqtisadi ziyanı 500 mln. dollar məbləğində qiymətləndirilir. Qeyd edək ki, Türkiyə tərəfi BTC-nin sıradan çıxmış hissəsinin yanğın söndürüləndən təxminən 15 gün ərzində bərpa olunacağını bildirib. Yanğının avqustun 12-də söndürüldüyünü nəzərə alsaq, BTC-nin fəaliyyətinin təxminən avqustun 27-də bərpa edəcəyi aydın olur. Bu isə BTC-nin fəaliyyətini dayandırdığı müddətdə Azərbaycana təxminən 1 mlrd. dollardan artıq ziyan dəyəcəyini ehtimal etməyə əsas verir. bizimyol

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar