SON XƏBƏRLƏR

Moskva MDB-nin dağılmasının bünövrəsini qoydu

2021.10.20, 07:36
Moskva MDB-nin dağılmasının bünövrəsini qoydu

Gunaz.tv
Moskva MDB-nin dağılmasının bünövrəsini qoydu moskva.jpg "Yaxın illərdə Ukrayna, Moldova və Azərbaycanın da MDB-dən çıxması gözləniləndir" Rusiyanın Gürcüstana təcavüzünə etiraz əlaməti olaraq Tiflisdə parlament binası qarşısında keçirilən mitinqdəki çıxış zamanı prezident Mixail Saakaşvili ölkəsinin MDB-dən çıxdığını bəyanlayıb. O, digər müttəfiqlərini də belə addım atmağa çağırıb: "Ukrayna və digər dövlətlərə də Rusiyanın idarə etdiyi bu qurumdan çıxmağı təklif edirik. Biz Sovet İttifaqı ilə birdəfəlik vidalaşırıq. SSRİ bir daha buralara qayıtmayacaq". Məsələyə münasibət bildirən politoloq Məhərrəm Zülfüqarlı dedi ki, MDB-nin sonu çatıb və bundan sonrakı proseslərdə Ukraynanın da bu qurumdan ayrılmasıyla bağlı cəhdlər olacaq. Tural "Azərbaycan da MDB çərçivəsində görülən işlərdə fəaliyyətinin zəiflətməlidir. Çünki MDB "ölü doğulmuş uşağa" bənzəyir. Yəni bu qurum keçmiş imperiyanı nəzarətdə saxlamaq istəyən Moskvanın təşəbbüsüylə yaradılıb. Hətta Azərbaycan da bu quruma könüllü surətdə qoşulmamışdı. Amma sonradan GUAM-ın yaranması bir daha göstərdi ki, MDB könüllü ittifaq deyil, bu, Kremlin təzyiqi və müxtəlif siyasi oyunları ilə keçmiş sovet ölkələrini saxta qurumda saxlamağa yönəlmiş bir birlikdi". MDB-nin memarı olan Rusiyanın rəsmi İrəvana həmişə kömək etdiyini deyən politoloq məntiqsiz bir qurumda yalnız Ermənistan kimi dövlətlərin qalacağını vurğuladı: "Gürcüstan uzun müddətdir Rusiya ilə münasibətlərdə gərginlik yaşayır. Rəsmi Moskva Tiflisi təsiri altında saxlamaq üçün Abxaziya və Cənubi Osetiya problemini yaradıb. Azərbaycanı da unutmayan Kreml ən zəif nöqtədən vuraraq, Qarabağ münaqişəsinin ssenarisini yazdı. Rəsmi Tiflis artıq müstəqil dövlət kimi hüquqlarından istifadə etmək istəyini otaya qoydu. Rusiya isə buna təcavüzlə cavab verdi. Nəticədə də Mixail Saakaşvili MDB-dən çıxdıqlarını bəyanladı. Bu bir faktdır ki, şimal qonşumuz son vaxtlar mövqelərini itirə-itirə gedir. Moskva öz maraqlarını Balkanlarda, Şərqdə və Əfqanıstanda itiribsə, bu, Qafqazda da baş verəcək. Ona görə də 20 Yanvar və Xocalı kimi faciələr yaşamış bir xalq çalışmalıdır ki, yaralanmış rus ayısının pəncəsi onun üstünə düşməsin və diplomatik gedişlərlə problemlərini həll etsin". Məhərrəm Zülfüqarlı Qafqazda baş verən hadisələrlə bağlı konkret proqnoz verməyin çətin olduğunu və istənilən halda Rusiyanın bir çox məsələlərdə itirdiyini bildirdi: "Rəsmi Kreml növbəti dəfə özünə gürcü xalqı içərisində daha dərin nifrət qazandı. Tiflisin MDB-dən çıxması həm də onu göstərdi ki, artıq Gürcüstanın NATO-ya, Qərbə inteqrasiyası sürətli olacaq. Yaxın illərdə Ukrayna, Moldova və hətta Azərbaycanın da MDB-dən çıxması gözləniləndir. Ancaq Belarus və Orta Asiya respublikaları kimi ölkələrin uzun müddət Moskvadan asılı olacağını istisna etmirəm. Bu gün Moskva öz imperiya siyasətindən əl çəkməməklə ölkəsinin dağılması prosesini sürətləndirə bilər. Hətta bu ölkə gələcəkdə müxtəlif dövlətlərə parçalanmaq təhlükəsi qarşısında da qala bilər. "Xalqlar həbsxanası" siyasətini indiki rəhbərlik başqa formada həyata keçirir və bu isə çox çəkməyəcək. Yəni imperiya siyasəti heç bir xalqa firavanlıq gətirmir". xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar