SON XƏBƏRLƏR

Rusiya qoşunlarıTsxinvali istiqamətində geri çəkilib

2021.10.20, 07:36
Rusiya qoşunlarıTsxinvali istiqamətində geri çəkilib

Gunaz.tv
Rusiya qoşunlarıTsxinvali istiqamətində geri çəkilib 20080814134021_1.jpg Rusiya qoşunları Gürcüstanın Qori şəhərinin ətraf ərazilərini tərk edərək Tsxinvali istiqamətində geri çəkilib. Bu barədə Qori yaxınlığında jurnalistlərə müsahibə verən Rusiya Federasiyası Müdafiə Nazirliyinin nümayəndəsi general-mayor Vyaçeslav Borisov məlumat verib. “Sabahdan etibarən rəsmi olaraq şəhər polisi fəaliyyətə başlayacaq. Bundan əvvəl isə şəhərin dağıdılması və orada qarətin baş alıb getməsi barədə deyilənlər həqiqətə uyğun deyil". Vyaçeslav Borisov eyni zamanda ötən gün Gürcüstan hökumətinin nümayəndələri və xarici ölkələrin səfirləri ilə Qoriyə baş çəkdiyini qeyd edib. Onun sözlərinə görə, şəhərdə bütün binalar normal vəziyyətdədir, həmçinin işıq və su təchizatı da qaydasındadır. Vyaçelav Borisov bildirib ki, o, rəsmi Tiflislə əlaqə yaradıb və Gürcüstan rəhbərliyini Qoridə hökumət strukturlarının fəaliyyətini bərpa etməyə çağırıb. Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi həmçinin rus həbçilərinin bir daha Qoriyə daxil olmayacağını təsdiqləyib. Bununla yanaşı, nəzarət funksiyasını gürcü hüquq-mühafizə orqanlarına təhvil vermək üçün Rusiya qoşunları hələ 2 gün də regionda qalacaq. Qori şəhəri adminstrasiyasının müvəqqəti rəhbəri Aleksandr Maysuradze jurnalistlərə bildirib ki, artıq bu gündən etibarən sakinlər öz evlərinə qayıda bilərlər. Bu saatlarda isə Gürcüstan Milli Təhlükəsizlik Şurasının katibi Aleksandr Lomaya Qoridədir və Rusiya Müdafiə Nazirliyinin nümayəndələri ilə danışıqlar aparır. Aleksandr Lomaya hazırda Qoridə vəziyyətin ümumilikdə normallaşdığını və rus hərbçilərinin yalnız patrul xidməti həyata keçirdiyini deyib. O, Rusiya nümayəndələri ilə şəhəri gəzdiyini və hansısa yeni dağıntılar aşkarlamadığını qeyd edib. Gürcüstan Milli Təhlükəsizlik Şurasının katibi Rusiya qoşunlarının aprelin 15-dən başlayaraq ölkə ərazisini tərk edəcəyini də diqqətə çatdırıb. ANS PRESS 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar