SON XƏBƏRLƏR

Ərdoğan Moskvadadır_Türkiyənin baş naziri oradan Tiflisə uçacaq

2021.10.20, 07:36
Ərdoğan Moskvadadır_Türkiyənin baş naziri oradan Tiflisə uçacaq

Gunaz.tv
Ərdoğan Moskvadadır Türkiyənin baş naziri oradan Tiflisə uçacaq Dünən Moskvaya gedən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanı Rusiya prezidenti Dmitri Medvedyev qəbul edib. Görüş başlamazdan əvvəl tərəflər iki ölkə arasında bütün sahələrdə əlaqələrin inkişaf etdiyini, ticarət dövriyyəsinin $25 milyarda çatdığını bildiriblər. Medvedyev görüşdə "Gürcüstanın təcavüzkarlığını da müzakirə edəcəklərini" bildirib. Əslində, Ərdoğan Gürcüstandakı vəziyyətlə bağlı Moskvaya uçub. Ərdoğanın Medvedyevlə görüşü bağlı qapılar arxasında keçirilib. Türkiyənin baş naziri bu gün Moskvadan Tiflisə yola düşəcək. Türkiyənin NTV telekanalının xəbərinə görə, Moskvada və Tiflisdə Ərdoğan Gürcüstanda vəziyyətin sabitləşdirilməsi üçün "Qafqaz alyansı"nın yaradılması haqda irəli sürdüyü təşəbbüsü müzakirə edəcək. Alyansda Cənubi Qafqaz ölkələrinin, həmçinin Rusiya, ABŞ və Türkiyənin iştirakını nəzərdə tutur. Qeyd edək ki, vaxtilə Süleyman Dəmirəlin dönəmində Azərbaycan və Gürcüstan liderləri ilə Qafqazda sabitlik paktı adlı bir sənəd imzalanmışdı. Lakin sonradan bu məsələ inkişafını tapmamışdı. Ərdoğanın təşəbbüsünə gəldikdə isə, Moskvanın regionda qazandığı üstünlüyü çətin ki, şübhə ilə baxdığı Ankara ilə bölüşmək istəsin. Rusiya Türkiyənin Gürcüstana $45 milyon həcmində hərbi yardım ayırdığını da unutmayıb. Baxmayaraq ki, bu günlərdə Türkiyə Ukraynanın Gürcüstana göndərdiyi humanitar yüklü təyyarəni öz hava məkanından buraxmağa razılıq verməmişdi. Düzdür, sonradan yükdə hərbi "ləvazimat"lar aşkar edilmişdi. Ankara Cənubi Qafqazdakı münaqişələrə bulaşmaq istəmir, lakin Türkiyə Gürcüstanın limanlarına, regiondakı layihələrə milyardlarla pul qoyub - baş verənlərə seyrçi qalmaq onları itirməklə barışmaq demək olardı. Ziya express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar