SON XƏBƏRLƏR

Litva, Ukrayna, Polşa, Estoniya və Latviya liderləri: Rusiya dağılmış imperiyanı bərpa etmək istəyir_ Dünya nəhayət, ayılmalıdır

2021.10.20, 07:36
Litva, Ukrayna, Polşa, Estoniya və Latviya liderləri: Rusiya dağılmış imperiyanı bərpa etmək istəyir_ Dünya nəhayət, ayılmalıdır

Gunaz.tv
"Dünya nəhayət, ayılmalıdır" Litva, Ukrayna, Polşa, Estoniya və Latviya liderləri: Rusiya dağılmış imperiyanı bərpa etmək istəyir Litva, Ukrayna, Polşa, Estoniya prezidentləri və Latviyanın baş naziri avqustun 12-də axşam Azərbaycandan maşınlarla Tiflisə keçiblər. Rusiya aviasiyasının əməliyyatları və münaqişə zonasına yaxınlıq ilə əlaqədar onların Gürcüstana yola düşdüyü xüsusi reysin təhlükəsizlik zəmanəti yox idi. Bu səbəbdən təyyarəni Azərbaycanın Gəncə şəhərində aeroporta endirmək və oradan Tbilisiyə yolu maşınlarla davam etdirmək qərara alınıb. Tiflisdə keçirilən brifinqdə prezidentlər Gürcüstana tam dəstək veriblər və Qərb dövlətlərini rus qoşunlarının münaqişə zonalarından çıxarılması üçün vəziyyətə fəal müdaxilə etməyə çağırıblar. Litvanın dövlət başçısı Valdas Adamkus BMT-ni Qafqazda azadlığı müdafiə etmək üçün bölgəyə beynəlxalq silahlı qüvvələr yerləşdirməyə çağırıb və bütün işğalçı qoşunların beynəlxalq qüvvələrlə əvəz olunmasının zəruriliyini vurğulayıb: "Dünya nəhayət, ayılmalı və regionda təhlükəsizliyin təminatı üçün real tədbirlər görməlidir. Əgər belə olmasa, bir gün hadisələr bu regiondan kənara çıxacaq" (RİA "Novosti"). Adamkus hesab edir ki, BMT kağız üzərində qalan qətnamələrdən fərqli bir qərar tapmalıdır və Gürcüstan hökumətinə Rusiya işğalı altındakı ərazilərdə zorakılığa məruz qalan vətəndaşlarını müdafiə etmək imkanı verilməlidir: "Belə məlum olur ki, Gürcüstan öz ərazisindəki münaqişələri həll etmək hüququna malik deyil. Suverenlik yalnız kağız üzərindədir və beynəlxalq ictimaiyyət lazımi qədər fəallıq göstərmir. Əgər biz burada sülh olmasını istəyiriksə, işğalçı qoşunlar Gürcüstanı tərk etməlidir". Adamkus 2-ci Dünya Müharibəsini misal göstərərək təcavüzkarın boş buraxılmasının milyonlarla insanın ölümünə səbəb olduğunu xatırladıb. Polşa prezidenti Lex Kaçinski atəşin dayandırılması haqda sənədə Gürcüstanın ərazi bütövlüyünün tanındığına dair müddəa salınmasını istəyib: "Uzun illərdir Avropada sabitliyi təmin edən bu prinsip pozularsa, Avropanı xaos gözləyir". Kaçinski Gürcüstanın açıq-aşkar təcavüzə məruz qaldığını söyləyərək Avropa Birliyini fəallığa səsləyib. O, ABŞ-a da müraciət edib: "Mən qlobal təhlükəsizliyə cavabdeh olan bizim ən böyük müttəfiqimiz ABŞ-ı Gürcüstanın təhlükəsizliyini təmin etməyə çağırıram. Hazırda Gürcüstanda yaranmış vəziyyət qəti addımlar tələb edir". Estoniya prezidenti Tomas Hendrik İlves Rusiyanı dağılmış imperiyanı bərpa etmək cəhdində ittiham edib: "Kiçik xalqların və ölkələrin təhlükəsizliyini təmin etmək lazımdır. Bunu NATO, Avropa Birliyi, ABŞ etməlidir. Əgər biz Gürcüstana qarşı təcavüzü həzm etsək, 1991-ci ilə qədər mövcud olmuş vəziyyətin bərpasını görəcəyik". Latviyanın baş naziri İvar Qodmanis də bəyan edib ki, bütün danışıqların istinad nöqtəsi Gürcüstanın ərazi bütövlüyü olmalıdır. Xaqani express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar