SON XƏBƏRLƏR

Azərbaycanlı hakerlər Ermənistanın rəsmi saytlarını dağıdıblar

2021.10.20, 07:36
Azərbaycanlı hakerlər Ermənistanın rəsmi saytlarını dağıdıblar

Gunaz.tv
Azərbaycanlı hakerlər Ermənistanın rəsmi saytlarını dağıdıblar 20080814105123_1.jpg "Yeni Şərq"in Rusiyanın lenta.ru saytına istinadlı xəbərinə əsasən, özünü Azerbaijan Defacers kimi təqdim edən bir qrup azərbaycanlı haker Ermənistanın baş prokurorluğunun və bir sıra nazirliklərin saytlarını dağıdıb. Hadisələr avqustun 12-dən cərəyan etməyə başlayıb. Sayta daxil olanlar Ermənistan və Rusiyaya ünvanlanmış hədələyici ifadələr yazılmış səhifəyə yönəldib. Bundan başqa, səhifədə Olimpiadada qızıl medal qazanan Azərbaycan cüdoçusu Elnur Məmmədlini dəstəkləyən yazı, həmçinin Azərbaycan ərzilərinin ermənilərdən azad ediləcəyi barədə vəd yerləşdirilib. Buna baxmayaraq baş prokurorluğun saytındakı bütün informasiya və saytın daxili səhifələri toxunulmaz qalıb. Hakerlər söz veriblər ki, Azərbaycan əraziləri azad olunmayanadək elektron müharibəni davam etdirəcəklər. Xatırladaq ki, oxşar hadisə bu ilin əvvəlində də baş vermişdi. 20 yanvar hadisələrinin ildönümü münasibətilə azərbaycanlı xakerlər Mixail Qorbaçovun saytını dağitmışdılar. Yeni Şərq 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar