SON XƏBƏRLƏR

Kiyevdən Moskvaya zərbə_Yuşşenko Rusiyanın Qara dəniz donanmasının hərəkətini məhdudlaşdırdı

2021.10.20, 07:36
Kiyevdən Moskvaya zərbə_Yuşşenko Rusiyanın Qara dəniz donanmasının hərəkətini məhdudlaşdırdı

Gunaz.tv
Kiyevdən Moskvaya zərbə Yuşşenko Rusiyanın Qara dəniz donanmasının hərəkətini məhdudlaşdırdı Ukrayna prezidenti Viktor Yuşşenko "Rusiya Federasiyasının Qara dəniz donanmasının hərbi qruplaşmalarının Ukrayna ərazisindəki dislokasiya yerindən kənarda hərəkəti ilə bağlı vəziyyətə dair" Milli Təhlükəsizlik Şurasının dünən qəbul etdiyi qərarı icraya yönəldib. Fərmana əsasən, Rusiyanın Qara dəniz donanmasının komandanlığı gəmilərin dislokasiya yerindən kənarda hərəkətinə icazə almaq üçün azı 10 gün əvvəl Ukrayna Müdafiə Nazirliyinə müraciət etməlidir. Bu xahişə baxarkən Ukraynanın dövlət orqanları rus donanması komandanlığından əlavə izahat istəyə bilər. Yuşşenko Rusiyanın Ukrayna ərazisindəki Qara dəniz donanmasının gəmilərinin, təyyarələrinin, hərbçilərinin Ukrayna dövlət sərhədlərini keçməsi qaydaları haqqında Milli Təhlükəsizlik Şurasının dünən qəbul etdiyi qərarı da təsdiqləyib. Qərarda deyilir ki, indiyədək mövcud olmuş sadələşdirilmiş rejim Rusiya tərəfinə Ukrayna sərhədlərini nəzarətsiz keçmək, ölkənin ərazi sularında sərbəst dolaşmaq və Ukrayna dövlət orqanları ilə razılaşdırmadan ölkə sərhədlərindən fiziki şəxslər və yüklər keçirməyə imkan verib: "Belə vəziyyət xüsusən Qara dəniz donanmasına daxil olan hərbi qruplaşmaların üçüncü dövlətə qarşı istifadəsi zamanı Ukraynanın milli təhlükəsizliyinə potensial təhdidlər ehtiva edir" (APA). Qərara əsasən bundan sonra Rusiyanın Qara dəniz donanmasının gəmilərinin və təyyarələrinin Ukrayna dövlət sərhədlərini keçməsi üçün Rusiya tərəfi azı 72 saat əvvəl Ukrayna Silahlı Qüvvələri Baş Qərargahına və Hərbi Dəniz Donanmasına bu barədə məlumat verməlidir. Məlumatda gəmilərdə və təyyarələrdə nə qədər adam, silah-sursat, partlayıcı maddə, hərbi əmlak və təchizat olduğu göstərilməlidir. Ukrayna tərəfi sərhədi keçməyə razılıq verərsə, Rusiya tərəfi sərhədi keçməzdən azı 1 sutka əvvəl Ukrayna Dövlət Sərhəd Xidmətinin Azov-Qara dəniz regional idarəsini və müvafiq gömrük idarəsini bu haqda məlumatlandırmalıdır. Bu tələblərə əməl edilmədiyi təqdirdə həmin təyyarə və ya gəmidən dərhal Ukrayna ərazi sularını və hava məkanını tərk etmək tələb oluna bilər. Xatırladaq ki, Kiyev Rusiyanın Qara dəniz donanmasının 2017-ci ilə qədər Ukrayna ərazisində qalmasına razılıq verib. express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar