SON XƏBƏRLƏR

Gündə $50-70 milyon itiririk... _BTC-nin dayanması Azərbaycana $1 milyardan artıq ziyan vuracaq

2021.10.20, 07:36
Gündə $50-70 milyon itiririk... _BTC-nin dayanması Azərbaycana $1 milyardan artıq ziyan vuracaq

Gunaz.tv
Gündə $50-70 milyon itiririk... BTC-nin dayanması Azərbaycana $1 milyardan artıq ziyan vuracaq Türkiyədə baş vermiş partlayış nəticəsində Bakı-Tiflis-Ceyhan (BTC) əsas ixrac neft boru kəmərinin fəaliyyətini dayandırması səbəbindən vergi və əlavə ödəmələr nəzərə alınmadan Azərbaycan gündə $50-70 mln. itirir. Xəbər verdiyimiz kimi, BTC-dəki yanğınla əlaqədar Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) bu kəmərlə ixracı dayandırıb, həmçinin "Azəri-Çıraq-Günəşli" yataqlarından neft hasilatını azaldıb. Bununla da Azərbaycanda neft hasilatı təxminən 80% aşağı düşüb. "Caspian Energy Alliance" neft-konsaltinq şirkətindən "APA-Economics"ə verilən məlumata görə, hazırda Gürcüstanda baş verən hadisələrə görə, Azərbaycan və xarici şirkətlərin iqtisadi ziyanı $500 mln. məbləğində qiymətləndirilir. Qeyd edək ki, Türkiyə tərəfi BTC-nin sıradan çıxmış hissəsinin yanğın söndürüləndən təxminən 15 gün ərzində bərpa olunacağını bildirib. Yanğının avqustun 6-da başlayıb 12-də söndürüldüyünü nəzərə alsaq, BTC-nin fəaliyyətinin təxminən avqustun 27-də bərpa edəcəyi aydın olur. Bu isə BTC-nin fəaliyyətini dayandırdığı müddətdə Azərbaycana təxminən $1 milyarddan artıq ziyan dəyəcəyini ehtimal etməyə əsas verir (Partlayışa qədər BTC ilə 800 min bareldən çox Azərbaycan nefti nəql edilirdi). Bu arada "BP-Azərbaycan" şirkəti Bakı-Supsa boru kəməri ilə neft nəqlinin müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul edib. Şirkətdən "Turan"a bildirilib ki, qərar Gürcüstanda yaranmış məlum vəziyyətlə əlaqədar olaraq qəbul edilib. Son bir neçə gün ərzində neft kəmərinə heç bir zərər yetirilməsə də, BP Gürcüstanda vəziyyət normallaşana qədər bu marşrutun istimarını dayandırmağı məqsədəuyğun sayıb. Xatırladaq ki, Bakı-Supsa boru kəmərinin buraxılış gücü sutkada 145 min bareldir. Xəbər verdiyimiz kimi, Türkiyənin Enerji və Təbii Qaynaqlar Nazirliyi srağagün bildirib ki, "Şahdəniz" yatağından çıxarılan qazın Bakı-Tiflis-Ərzurum kəməri ilə Türkiyəyə nəqli dayandırılıb. Qaz nəqlinin dayandırılmasının səbəbləri açıqlanmasa da, bunun Gürcüstandakı vəziyyətlə bağlı olduğunu ehtimal etmək çətin deyil. Gürcüstanın Bakıdakı səfirliyinin mətbuat xidməti dünən axşam yaydığı məlumata görəsə, dünən Rusiya qoşunları "İskəndər" raket sistemi, SS26 ekvivalentindən (NATO "Stone" raket sisteminin analoqu) istifadə etməklə Gürcüstanın bir sıra şəhərləri ilə yanaşı, BTC boru kəmərinə də raket zərbələri endirib. Bakı-Novorossiysk boru kəməri avqustun 12-də 8 saatlıq dayandırılsa da, dünəndən neftin nəqli normal rejimdə davam etdirilib. Neft kəmərinin Rusiya hissəsinin operatoru olan "Transneft" bu dayanmanı "texniki xidmətlə" izah etmişdi. ARDNŞ "Transneft"dən neft nəqlin iyul göstəricisinə nisbətdə 83 min tona qədər artırılmasını xahiş edib. İstisna deyil ki, "Transneft" Şimal marşrutunu onun "çəki"sini artırmaqla bağlı sövdələşməyə başlamaq üçün kəməri dayandırıb. Xatırladaq ki, BTC işə düşəndən sonra ABƏŞ Bakı-Novorossiysk kəmərini "siyahı"sından çıxarmış və bu xətlə Azərbaycan neftinin nəqli xeyli ixtisar edilmişdi. Bu isə Rusiya tərəfinin narazılığına səbəb olmuşdu. Yeri gəlmişkən, son günlər Azərbaycan rəsmiləri bildirirlər ki, Gürcüstandakı vəziyyət BTC üçün ciddi təhlükə yaratsa, Azərbaycan öz neftinin dünya bazarlarına ixracı üçün yeni imkanlar axtarmağa başlayacaq. Beləliklə, Moskvanın Gürcüstana təcavüzü regionun Rusiyadan yan keçən kəmərlərini az qala iflic vəziyyətinə salmaqla Bakı-Novorossiysk marşrutunu ön plana çıxarmaqdadır. Rusiyanın hədəflərindən biri də bu deyildimi?! A.Həmid express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar