Azərbaycan metan emissiyalarının azaldılması üçün geniş proqram həyata keçirir
Millət vəkilləri nazirin impiçmentini tələb edirlər
İran məhkəməsi daha bir etirazçı barədə ölüm hökmü çıxardı
Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Baraka hücumundan sonra nüvə riskləri barədə xəbərdarlıq edib
XİN "İsrail ordusunun Azərbaycanda yerləşdirilməsinə" münasibət bildirdi
Məhəbbət şairi Müşfiqin doğum günüdür
Keçmiş baş nazir xəstəxanaya köçürülüb
Rumıniyanın Konstansa limanında PUA partlayıb
XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub
Urmiya vilayətində yerləşən Quluncu kəndinin bələdiyyəsi kəndin tarixi türkcə yer adlarını bərpa edib
Maku sakini Naci Şərifi Zindəşti ilə Maku Azad Ticarət Zonasının baş direktoru arasında baş tutan görüşü ifşa etdiyinə görə saxlanılıb
Türkiyə ordusu “İHA-230” hipersəs ballistik raketlərinin ilk partiyasını təhvil alıb
Araz Əmani Nadarli Təbriz Mərkəzi Həbsxanasına köçürülüb
ABŞ blokadasından sonra İraqın Ümm Qəsr limanı İran üçün yeni tranzit mərkəzinə çevrilib
İran parlamenti sədrinin müavini Bab əl-Məndəb boğazını bağlamaqla hədələyib
İranda xidmət idxalı rekord həddə çatıb, mal idxalı isə kəskin azalıb
İsrail müsadirə etdiyi silahları İran kürdlərinə ötürüb - Media
ABŞ blokadasından sonra İranın neft ixracı kəskin azalıb
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
ABŞ Hörmüz boğazında mina təmizləmə əməliyyatının əksər hissəsini başa çatdırıb
İran qonşularına hücumdan təbliğat kimi istifadə edir- Bin-Taleblu
İranda ekiz qardaşlar edam ediləcək
İranda siqaret çəkən qızların sayı kəskin artıb
İranla qarşıdurmada qələbə qaçılmazdır - Tramp
Zelenski Putinə məktub göndərdi
Geosiyasi fürsət: Hörmüz boğazının bağlanması və Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycanın əhəmiyyəti artır
Apple Rusiyanın “Max” tətbiqini App Store-dan çıxardı
Atəşkəs razılaşmasından sonra İsrailin Livanın cənubuna hücumları davam etdi
İranın 440 kiloqram zənginləşdirilmiş uranı haradadır? Agentlik Tehrandan təcili cavab istəyib
Azərbaycan və İran XİN rəhbərləri regionda təhlükəsizlik məsələlərini müzakirə edib
ABŞ-ın Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransından Azərbaycan liderinə təbrik ünvanlanıb
Xaməneinin dəfn mərasimi ilə bağlı xəbər təkzib edildi
"Hizbullah" Livan və İsrail arasında atəşkəs sazişini rədd edib
Qərbi Azərbaycan əyalətində silah-sursat aşkarlanıb
Böyük Britaniyada İranla əlaqəli olduğu bildirilən qətl planı üzrə yeniyetmənin məhkəməsi başlayıb
Beynəlxalq Əfv Təşkilatı İranda edamlara görə bəyanat yaydı
Qəzvindən olan azərbaycanlı fəal Suri Babayi Çəqini 3 il həbs cəzasına məhkum edilib
Həbsdə olan Müjdə Haşimi Bazərgani saxlanılarkən məruz qaldığı zorakılıq və təzyiqlərdən danışıb
Əhvazda 3 siyasi məhbus edam ediləcək
KİV: İranda vurulan ABŞ F-15E təyyarəsi ehtimal ki, Çin istehsalı raketlə vurulub
WSJ: Tramp yalnız ABŞ hərbçiləri həlak olacağı halda, İranla sazişdən imtina edəcək
Tehranda qadın rejissor həbs edilib
Rubio 2026-cı ildə Türküstan ölkələrinə səfər edəcək
Rusiya avqustun 12-də Gürcüstan ərazilərində apardığı hərbi əməliyyatları dayandırdığını elan etsə də, təcavüzü davam etdirir. Yaranmış vəziyyətlə bağlı təcili bölgəyə gələn Fransa prezidenti Nikola Sarkozi Moskvada və Tiflisdə apardığı danışıqlardan sonra tərəflərin atəşkəs prinsiplərinə razılıq verdiklərini deyib. Sarkozi atəşkəs prinsiplərini əvvəlcə Moskva ilə razılaşdırıb və avqustun 12-də axşam Tiflisə gəlib. Dünən səhər o, Tiflisdə prezident Saakaşvili ilə birgə keçirdiyi mətbuat konfransında deyib ki, hər iki tərəf atəşkəs planı ilə razıdır. O məlumat verib ki, Gürcüstan tərəfi sənədə bəzi düzəlişlər edib və bu düzəlişlər Moskva ilə razılaşdırılıb. Saakaşvili imzaladığı sənədi “prinsipial siyasi sənəd” adlandırıb. Eyni zamanda o qeyd edib ki, Gürcüstanın ərazi bütövlüyü, habelə Abxaziya və Cənubi Osetiyanın ərazi mənsubiyyəti heç kəs tərəfindən şübhə altına alınmamalıdır: “Biz heç zaman bu məsələdə güzəştə getməyəcəyik. Elə müharibə də, düşünürəm ki, bu məqsədlə başlanmışdı”. Xatırladaq ki, Moskvanın təklif etdiyi atəşkəs planına aşağıdakılar daxildir: güc işlədilməməsi, hərbi əməliyyatların dayandırılması, humanitar yardımın maneəsiz çatdırılması, Gürcüstan silahlı qüvvələrinin daimi yerləşmə yerlərinə qayıtması, Rusiya qoşunlarının hərbi əməliyyatlara qədər mövqelərə çəkilməsi,Cənubi Osetiya və Abxaziyanın statusu və onların təhlükəsizliyinin təmin edilməsinə dair beynəlxalq müzakirələrin başlanması. ***
Bu sənəddən belə çıxır ki, avqustun 8-dən sonra Cənubi Osetiyaya yeridilmiş rus qoşunları əvvəlki dislokasiya yerlərinə qayıtmalıdırlar. Lakin Cənubi Osetiyada fəaliyyət göstərən Qarışıq Sülhməramlı Qüvvələr tərkibində olan Rusiya kontingenti öz yerində qalacaq, halbuki gürcü kontingenti Cənubi Osetiyanı tərk etməli olacaq. Sənədin 6-cı bəndi tanınmamış respublikaların statusunun beynəlxalq müzakirəsini nəzərdə tuturdu. Buna qarşı əvvəllər həm Rusiya, həm də Gürcüstan qətiyyətlə etiraz edirdi. Razılığın məhz bu bəndi prezident Saakaşvilini narazı salmışdı. Onun istəyi və Rusiyanın razılığı ilə bu bəndə dəyişiklik edilib. Tiflis danışıqlarından sonra prezident Sarkozi bildirib ki, sənəddən Abxaziya və Cənubi Osetiyanın gələcək siyasi statusu barədə beynəlxalq müzakirələr sözləri çıxarılıb və Gürcüstanın bu bölgələrində sabitlik və təhlükəsizliyin təmin edilməsinə dair beynəlxalq danışıqlarla əvəz edilib. *** Lakin bu siyasi razılaşmaya baxmayaraq, Rusiya qoşunlarının Gürcüstan ərazilərində əməliyyatları dayandırılmayıb. Kremldən isə işarə edirlər ki, Gürcüstanda Mixail Saakaşvili hakimiyyətdən getməyənə qədər təcavüz davam edəcək. Kreml administrasiyasının keçmiş idarə rəisi Modest Kolerov “Vedemosti” qəzetinə bildirib ki, Moskvanın Gürcüstana qarşı əvvəlcədən hazır planı var idi və indi bütün proseslər həmin plan üzrə gedir. Planın tərkibinə Gürcüstanda Saakaşvilinin hakimiyyətdən uzaqlaşdırılması və onun parlamentin keçmiş spikeri Nino Burcanadze ilə əvəz edilməsi də daxildir. Kolerov Rusiya qoşunlarının qısa müddət ərzində Cənubi Osetiyaya yeridilməsini və əvvəlcədən hazır planın olması ilə izah edib. Onun dediyinə görə, əks halda çoxlu sayda dövlət idarələri arasında məsələləri razılaşdırmaq üçün bürokratik işlərə xeyli vaxt sərf olunardı. Kolerov Saakaşvilinin hakimiyyətdən uzaqlaşdırılmasını planın hərbi müdaxilədən sonrakı hissəsi olduğunu deyib. Sonrakı addım isə Cənubi Osetiya və Abxaziyanın müstəqilliyinin tanınmasından, Sxinvalinin bərpası üçün milyardlarla dollar ayrılmasından ibarət olacaq. *** Kremldəki mənbə isə qəzetə bildirib ki, Rusiyanın planları bununla bitmir. Orada Cənubi Osetiya hadisələrinin “soyqırım” adlandırılaraq Gürcüstan rəhbərliyinin mühakimə edilməsi də yer alır. Xatırladaq ki, artıq Rusiyanın xarici işlər naziri Sergey Lavrov Saakaşvili ilə heç bir danışıqlar aparılmayacağını bildirib. Lakin ekspertlər hesab edirlər ki, Qərb Rusiyanın bu siyasi planlarını reallaşdırmağa mane olmağa çalışacaq və bu məsələdə həmrəylik var. ***
Cənubi Osetiyadan verilən məlumatlarda isə deyilir ki, separatçı rejimin silahlıları rusların dəstəyi ilə bölgədəki gürcü kəndlərinin dinc sakinlərinə divan tutur. Bir gün əvvəl osetin yaraqlıları bölgədəki gürcü kəndlərindən birinə daxil olaraq bütün evləri yandırıblar və sakinlərin qiymətli əşyalarını soyublar. Dünən eyni əməllərin bölgədəki digər gürcü kəndlərində də davam etdirildiyi bildirilirdi. Osetin yaraqlılarından biri etiraf edib ki, onların qarşısında bütün gürcüləri bölgədən təmizləmə tapşırığı qoyulub. Bu prosesdə dinc sakinlərə divan tutulur, qadınlar, uşaqlar öldürülür, əsir götürülür. *** Xəbər verildiyi kimi, avqustun 12-də axşam Ukrayna, Litva, Polşa, Latviya prezidentləri və Estoniyanın baş naziri Azərbaycan ərazisindən keçərək gürcü xalqına dəstək ifadə etmək üçün Tiflisə gediblər. Prezidentlər Saakaşvili ilə birlikdə Tiflisin mərkəzində yeddi saat davam edən mitinqə qatılıblar. Onlar mitinqdə çıxış edərək Gürcüstana bu çətin günlərdə dəstək verdiklərini ifadə ediblər. Estoniya baş naziri Tomas İlves çıxışı zamanı deyib ki, Gürcüstan tək deyil, bütün sivil dünya onunladır. Ukrayna prezidenti Viktor Yuşşenko isə Gürcüstanın azadlıq və müstəqillik haqqı olduğunu bildirib. O deyib ki, beş ölkənin lideri Tiflisə gələrək gürcü xalqının müstəqilliyini, ərazi bütövlüyünü dəstəklədiklərini təsdiq edir. Bu zaman Yuşşenko meydanda Ukrayna bayraqları dalğalandıran gürcülərə təşəkkür edib: “Müstəqil Gürcüstan var, əbədi olaraq qalacaq”. Litva prezidenti Valdas Adamkus da çıxışında gürcü xalqının azadlıqlarını dəstəklədiklərini deyib: “Biz birlikdə olacağıq və qələbə bizimlə olacaq”. Polşa prezidenti Lex Kaçinski isə Rusiyanın təcavüzünü kəskin pisləyərək bu təcavüzlə başqa ölkələrin də üzləşə biləcəyini deyib: “Bu gün Gürcüstandır, sabah Ukrayna onun yerində ola, daha sonra növbə Polşaya çata bilər”. Kaçinski əlavə edib ki, bu gün əslində NATO-ya üzv olan 21 ölkənin hamısının lideri Tiflisdə olmalıydı. Mitinqdən sonra prezidentlər Saakaşvilinin iqamətgahına yollanıblar və orada danışıqlar olub. Qeyd edək ki, mitinq zamanı meydanda Azərbaycan bayraqları da gözə dəyib, lakin Azərbaycan rəhbərliyindən heç kim bu çətin gündə gürcü xalqına dəstəyini ifadə etmək üçün Tiflisə getməyib. *** ABŞ-dan isə yalnız dövlət katibinin köməkçisi Metyu Brayza neçə gündür Tiflisdədir. Dövlət katibi Kondoliza Rays isə ABC telekanalına müsahibəsində Rusiyanın Gürcüstanda məqsədinin Cənubi Osetiyadakı sülhməramlıları qorumaq yox, daha böyük olduğunu deyib. Onun sözlərinə görə, Rusiya etdiklərinin əvəzini almalıdır. Rays bir neçə dəfə təkrar edib ki, Rusiya üçün xəritə üzərinə çox şey qoyulub: “Mən hesab edirəm ki, Rusiya dayanacaq və nə etdiyi haqda yaxşı düşünəcək”. Bu arada məlum olub ki, Haaqa Beynəlxalq Tribunalı Gürcüstanın Rusiyaya qarşı iddiasını qeydə alıb. Bu barədə beynəlxalq məhkəmədən yayılan məlumatda deyilir. Gürcüstan Rusiyanı 1965-ci il irqi ayrıseçkiliyə qarşı konvensiyanı pozmaqda, Gürcüstanın ərazi bütövlüyünə və suverenliyinə qarşı təcavüzdə ittiham edir. Haaqa Beynəlxalq Məhkəməsinin baş prokuroru Luis Moreno Okempo bildirib ki, məhkəmə baş verənlərlə bağlı ilkin araşdırmalar apara bilər. *** Günün ikinci yarısı Gürcüstan Milli Təhlükəsizlik Şurasının katibi Kaxa Lomaya bildirib ki, atəşkəs haqda razılaşmaya baxmayaraq, Rusiya ölkə ərazilərində hərbi əməliyyatları davam etdirir. O, 50-dən çox rus tankının Cənubi Osetiya yaxınlığındakı Qori şəhərinə daxil olduğunu bildirib. Lomaya deyib ki, rus qoşunları şəhərdəki inzibati binaları tutmayıb, ancaq əsas küçələrə nəzarət edir. Xatırladaq ki, Qori şəhəri Rusiya aviasiyasının bombardmanına məruz qalaraq xeyli ölçüdə dağıdılıb. Lomaya rus birlikləri ilə şəhərə kazak dəstələrinin də daxil olduğunu deyib. “Exo Moskvı” radiostansiyası da həmin vaxt Tiflisin 76 kilometrliyində yerləşən Qoridə döyüşlərin getdiyini xəbər verib. Xəbərdə deyilirdi ki, Qori istiqamətindəki gürcü qüvvələri atəşkəs haqda xəbərləri anlamır, çünki döyüşlər bir an da olsun dayanmayıb. “Bölgədə tanklar, artelleriya işləyir, snayperlər hər tərəfi atəşə tutur, ölənlər, yaralananlar var” deyə bölgədəki “Exo Moskvı” müxbiri bildirib. 1-2 saat sonra “Frans press” agentliyinin müxbiri xəbər verib ki, Qori şəhərinin ətrafında bir neçə Rusiya zirehli texnikası var, onlar şəhərin ətrafındakı yüksəkliklərdə mövqe tutublar və ara-sıra atəş açırlar. *** Qori şəhərinin xaricində olan BBC müxbiri isə xəbər verib ki, Rusiya tankları hələ də şəhərdədir və çox güman ki, gürcülərin Qoridəki hərbi baza və hərbi qurğularını dağıdırlar. BBC müxbiri eləcə də şəhəri tərk edən sakinlərdən eşidib ki, separatçı Cənubi Osetiya döyüşçüləri, onlara kömək edən kazaklar Qoridə soyğunçuluq və talanlar edirlər. Şahidlər insanların silah lüləsi altında qarət edildiklərini, evlərinə od vurulub yandırıldığını gördüklərini deyirlər. Bildirilir ki, Qori şəhəri artıq xarabalığa çevrilib, şəhərdən qaçmağa imkan tapanlar Tiflisə doğru axışır, bölgədə gürcü qüvvələri qalmayıb və işğalçı qüvvələr müqavimətlə rastlaşmır. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı isə qoşunların Qoriyə daxil olduqları haqda xəbərləri təkzib edərək Cənubi Osetiya sərhədləri daxilində qaldıqlarını bildirib. Baş Qərargah rəisinin müavini Anatoli Noqovitsin gürcü qoşunlarının Tiflisə doğru geri çəkildiklərini təsdiqləyib, lakin deyib ki, bölgədə hələ də gürcü qoşunları var. Noqovitsının bildirdiyinə görə, Abxaziyanın Kador dərəsinin yuxarı hissəsi də gürcü qoşunlarından təmizlənib, gürcü əsgərləri silahlarını təhvil verərək təslim olur. *** Noqovitsin 5 günlük döyüşlər zamanı Rusiya ordusunun itkilərini açıqlayıb. Onun sözlərinə görə, Cənubi Osetiyada cəmi 74 rus əsgəri ölüb, 19 nəfər itkin düşmüş sayılır. Güman edilir ki, onlar əsir götürülüblər. 171 rus hərbçisi isə yaralanıb. Qeyd edək ki, Gürcüstan prezidenti Saakaşvili rusların 400-dən çox əsgərinin öldürüldüyünü bildirmişdi. Rusiya tərəfi döyüşlər zamanı itirilən hərbi texnikanın sayını açıqlamır, lakin 4 döyüş təyyarəsinin vurulduğunu etiraf edir. Gürcüstan Səhiyyə Nazirliyi isə Qori şəhərinin bombardman edilməsi nəticəsində 175 adamın öldüyünü açıqlayıb, döyüş bölgəsində həlak olan əsgərlərin sayı haqda məlumat yoxdur. Osetin tərəfi yüzlərlə gürcü əsgərinin öldürüldüyünü və çoxlu sayda əsgərin əsir düşdüyünü bildirir. Digər məlumata görə, əsir düşən gürcü əsgərlərinin sayı 200-dən çoxdur, onlar dindirilmək üçün Vladiqafqaza aparılıb. *** Bu arada Rusiyanın Müdafiə Nazirliyindəki yüksək rütbəli mənbə “Vedemosti” qəzetinə bildirib ki, əgər qoşunlar qısa müddətdə Cənubi Osetiyaya yeridilməsəydi və havadan dəstək olmasaydı uğur qazanmaq çətin olardı. Mənbənin sözlərinə görə, əgər gürcü qoşunları iki ölkə sərhəddindəki Roksk tunelini tutmağa müvəffəq olsaydılar, o zaman Rusiyanın münaqişəyə müdaxiləsi mənasını itirərdi. Mənbə etiraf edib ki, Rusiya döyüşlər zamanı onlarla hərbi texnikasını itirib: “Əgər biz Gürcüstan ordusunun arxa cəbhəsinə, aerodromlara, hərbi bazalara zərbələr endirməsəydik belə, qısa müddətdə uğur qazanmaq çətin olardı”,- deyə mənbə bildirib. *** Günün sonunda yenidən Gürcüstandan rus qoşunlarının paytaxt Tiflisə doğru hərəkət etdiklərinə dair həyəcanlı xəbərlər daxil olub. “Frans press” agentliyi xəbər yayıb ki, 60-dan çox zirehli texnikadan və onlarla hərbi maşından ibarət kalon Qoridən çıxaraq Tiflisə doğru hərəkət edir. Agentliyin əməkdaşı bu hadisəni öz gözləri ilə görüb və xəbər verib ki, əsgərlər “Tbilisi, Tbilisi” deyərək qışqırır və əllərindəki bayraqları yellədirlər. Bunun ardınca CNN canlı efirdə Rusiya qoşunlarının Tiflisə doğru irəlilədiyi haqda xəbər yayıb. Hadisə yerində olan xarici jurnalistlərdən biri telekanala canlı yayımda bildirib ki, o hazırda ağlasığmaz mənzərənin şahididir. Jurnalist rus əsgərlərindən hara getdiklərini soruşub, lakin onlar cavab verməyiblər. Rus qoşunlarının Tiflisə doğru hərəkət etdikləri haqda “Sky” telekanalı, “Röyter” agentliyi və digər aparıcı xarici KİV-lər təcili xəbərlər yayıblar. Bəzi məlumatlara görə, hərbi texnika kalonu Qori şəhərindən çıxaraq Tiflisə doğru irəliləyib, ancaq bir müddət sonra dayanıblar. Gürcüstan Daxili İşlər Nazirliyindən isə bildiriblər ki, Rusiya atəşkəs haqda sazişi pozaraq Qoriyə 50-dən çox tank yeridib, tanklar Gürcüstan ordusunun şəhər ətrafındakı bazasını tutublar. Gürcüstan hökuməti Qori şəhərinin tutulması ilə bağlı ölkənin Qərbini Tiflislə birləşdirən avtomobil yolunu bağlayıb. *** Az sonra prezident Mixail Saakaşvili CNN telekanlının canlı efirində çıxış edərək rus tanklarının Tiflisi mühasirəyə almaq istədiklərini bildirib. “Biz öz paytaxtımızı son damla qanımıza qədər müdafiə edəcəyik, biz heç vaxt ruslara təslim olmayacağıq” deyə o əlavə edib. Saakaşvilinin efirdə çıxış etdiyi vaxt telekanal Gürcüstan DİN-dən alınmış məlumatı titrlər şəklində ekranda yerləşdirib. Orada bildirilirdi ki, Qoridən çıxan rus tankları Tiflisə doğru irəlilədikdən sonra geri, Cənubi Osetiyaya doğru dönüblər və Qori ətrafındakı hərbi bazaya daxil olublar. Lakin hansı hərbi bazadan söhbət getdiyi bildirilmir. *** Rusiya hərbi komandanlığı isə əvvəlcə tankların Tiflis üzərinə hərəkət etdikləri haqda xəbərləri qətiyyətlə təkzib edib, lakin daha sonra bölgədəki Rusiya sülhməramlı qüvvələrinin komandanlığı bildirib ki, zirehli texnika bölgədən evakuasiya olunur və bu hərəkətliliyi səhvən Tiflis üzərinə yürüş kimi başa düşüblər. Rusiya sülhməramlılarının təmsilçisi “RİA Novosti”yə bildirib ki, Qori yaxınlığında gürcülərin atıb getdiyi hərbi baza tapıblar. Orada olan hərbi texnika döyüşə hazır vəziyyətdə olub: “Bölgənin demilitarizasiyası və əhalinin təhlükəsizliyini təmin etmək üçün bu texnikanı evakuasiya etdik”. Ukrayna mətbuatı isə xəbər verib ki, dünən səhər Rusiya hərbçiləri Poti limanında Gürcüstanın sahil mühafizə xidmətinin üç katerini partladıblar. Jurnalistlər bunun canlı şahidi olub. Prezident Saakaşvili isə bununla bağlı deyib ki, Rusiya aviasiyası Poti limanını bombalayaraq oradakı katerləri məhv etmək istəyib, lakin yerli hakimiyyətin şəhəri bombalamaq haqda xahişindən sonra ruslar katerləri partlayıcı ilə batırıblar. *** Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan isə dünən axşam Bodrumda istirahətini yarımçıq kəsərək Moskvaya gedib. lent.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, bu barədə baş nazirin mətbuat xidməti açıqlama yayıb. Ərdoğanın Moskvada Rusiyanın baş naziri Vladimir Putinlə görüşəcəyi gözlənilirdi. Bu gün isə Türkiyənin baş naziri Tiflisə gedərək, Gürcüstan prezidenti Mixail Saakaşvili ilə görüş keçirəcək. Görüşlərdə iki ölkə arasında yaranmış münaqişənin həlli yolları müzakirə olunacaq. Səfər zamanı Ərdoğanı xarici işlər naziri Əli Babacan müşayiət edəcək.Gürcüstanla Rusiya arasında olan hərbi gərginlik iş adamlarının da bu ölkəni tərk etmələri ilə nəticələnib. lent.az-ın məlumatına görə, Gürcüstanı tərk edən Türkiyənin iş adamları Bakı vasitəsilə ölkələrinə gediblər. Türk biznesmenlər bildiriblər ki, zənginlər Gürcüstanı tərk edir, kasıblar isə dağlara çəkilir. Gürcüstanda iqtisadiyyatın tamamilə çökdüyünü deyən iş adamları dünən axşama qədər gözlədikərini, Türkiyənin Gürcüstandakı səfirliyinin köməyi ilə Bakıya gəldiklərini bildirib. Bu iş adamlarından bir qisminin isə vizası olmadığına görə, Bakıda qaldıqları bildirilir. *** Son məlumatlara görə, Gürcüstan müdafiə nazirinin müavini Bata Kuteliya bildirib ki, Rusiya qoşunları ölkənin Qərbindəki Zuqdudi şəhərini tərk edir. Onun sözlərinə görə, rus tankları yaxın saatlarda Qorini də tərk edəcək. Kuteliya bildirib ki, gürcü ordusunun əsas bölmələri hazırda Tiflis yaxınlığındakı Vaziani hərbi bazasındadır: “Əsgərlər ağır günlərdən sonra dincəlir”. Kuteliya deyib ki, beynəlxalq vasitəçilərin köməyi ilə Rusiya ilə hazırda diplomatik və siyasi müstəvidə təmaslar var. Ağ Ev isə məlumat yayıb ki, prezident Buş Gürcüstan prezidenti Mixail Saakaşvili ilə telefon danışığı aparıb. ABŞ prezidenti Saakaşviliyə bildirib ki, dövlət katibi Kondoliza Raysı Rusiya ilə Gürcüstan arasında münaqişənin nizamlanması ilə bağlı təcili Tiflisə göndərir. Pentaqonun rəsmi nümayəndəsi Brayan Uaytman isə bildirib ki, Buşun bəyanatında Gürcüstana dair kompleks yanaşma əksini tapacaq: “Mən əminəm ki, bu bəyanatda Gürcüstana humanitar yardım öz əksini tapacaq. ”Yalnız prezidentin bəyanatından sonra Pentaqon Gürcüstana hansısa hərbi yardım göstərilməsi barədə detallar verə bilər." Nəhayət Buş Ağ Ev qarşısında çıxışı zamanı bəyan edib ki, Rusiya öz qoşunlarını Gürcüstandan çıxarmalıdır. Onun sözlərinə görə, atəşkəs razılaşmasına baxmayaraq, rus qoşunları Qoridə qalır, həmçinin Poti limanında gürcü gəmilərini partladır. *** Buş daha sonra bəyan edib ki, Pentaqona Gürcüstanda təcili olaraq intensiv və müddətsiz humanitar əməliyyat aparılması barədə göstəriş verib. Amerika prezidentinin bildirdiyinə görə, bu əməliyyatda Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri, o cümlədən dəniz piyadaları iştirak edəcək. “Mən artıq müdafiə naziri Robert Geytsə Gürcüstana dənizdən və havadan humanitar yardım göstərilməsi əməliyyatına başlamaq haqda göstəriş vermişəm. Humanitar yardımla dolu ilk hərbi təyyarə hazırda Gürcüstana uçur. Həmçinin mən dövlət katibi Kondoliza Raysı Gürcüstanla həmrəylik üçün Paris və Tiflisə göndərirəm. O, Tiflisdə Amerikanın Gürcüstanın demokratik hökumətinə sarsılmaz dəstəyini ifadə etməlidir”. Buş əlavə edib ki, atəşin dayandırıldığı haqda razılaşmaya baxmayaraq, o, Gürcüstandan həyəcanlı xəbərlər alır: “Mənə məlumat veriblər ki, rus qoşunları hələ Qori şəhərindədir, ölkənin qərbinə gedən avtomagistralı bağlayıb və Tiflisi hədələyir. Həmçinin rus qoşunları Poti liman şəhərində mövqe tutub və orada gürcü gəmilərini partladır. Biz Rusiyadan Gürcüstanın bütün nəqliyyat kommunikasiyalarını açmasını gözləyirik, Rusiya son günlər Gürcüstana yeritdiyi bütün qoşunları oradan çıxarmalıdır.” ABŞ prezidenti əlavə edib ki, Rusiyanın hərəkətləri onun Gürcüstanda və regiondakı məqsədləri barədə ciddi suallar doğurur. O da məlum olub ki, ABŞ NATO-nun xarici işlər nazirlərinin təcili toplantısını çağırıb. Bu toplantıda Rusiyanın Gürcüstana qarşı təcavüzü və münaqişələrin beynəlxalq miqyasda tanınmış hüdudları daxilində güc tətbiq etməsi müzakirə olunacaq. Daha bir açıqlama isə Pentaqon nümayəndəsi Brayan Uaytmandan gəlib. O, bəyan edib ki, Pentaqon yaxın günlərdə Gürcüstan ordusuna bütün zəruri köməyi göstərəcək. “Gürcüstan yaxşı müttəfiqdir, biz iki ölkə arasında hərbi-texniki əməkdaşlıq çərçivəsində onlara bütün lazım olan köməyi göstərəcəyik”. F.MƏMMƏDOV musavat
Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Baraka hücumundan sonra nüvə riskləri barədə xəbərdarlıq edib
Məhəbbət şairi Müşfiqin doğum günüdür
Urmiya vilayətində yerləşən Quluncu kəndinin bələdiyyəsi kəndin tarixi türkcə yer adlarını bərpa edib
Türkiyə ordusu “İHA-230” hipersəs ballistik raketlərinin ilk partiyasını təhvil alıb
ABŞ blokadasından sonra İraqın Ümm Qəsr limanı İran üçün yeni tranzit mərkəzinə çevrilib
İranda xidmət idxalı rekord həddə çatıb, mal idxalı isə kəskin azalıb
İsrail müsadirə etdiyi silahları İran kürdlərinə ötürüb - Media
İran qonşularına hücumdan təbliğat kimi istifadə edir- Bin-Taleblu
İranda siqaret çəkən qızların sayı kəskin artıb
İranla qarşıdurmada qələbə qaçılmazdır - Tramp
Geosiyasi fürsət: Hörmüz boğazının bağlanması və Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycanın əhəmiyyəti artır
Xaməneinin dəfn mərasimi ilə bağlı xəbər təkzib edildi
Qərbi Azərbaycan əyalətində silah-sursat aşkarlanıb
Qəzvindən olan azərbaycanlı fəal Suri Babayi Çəqini 3 il həbs cəzasına məhkum edilib
Əhvazda 3 siyasi məhbus edam ediləcək
Bir neçə əyalətdə çörək yenidən bahalaşdı
Vaşinqton hələ də Tehranın yekun cavabını gözləyir
BƏƏ İran hücumlarına vahid cavab verməyə çağırır
İranda manatın son məzənnəsi
İran təhlükəsizlik məmurları iki mülki şəxsi öldürdü
Donald Tramp: İran danışıqları yaxşı aparsa da Amerika bütün kartları əlində saxlayır
İranda daha iki etirazçı edama məhkum edildi
ABŞ İranın 1 milyard dollarını müsadirə etdi
İranlı rəsmi: Çin ABŞ ilə Iran arasındakı mümkün razılaşmanın təminatçısı ola bilər
Güneyli tədqiqatçı dünyasını dəyişib
NYT: İranın mühafizəkar qanadı ABŞ ilə mümkün razılaşmanı pozmağa çalışırlar
İranda neft oğurluğu- 7 nəfər saxlanılıb
İsrail yenidən İranla müharibəyə hazırlaşır- "Haaretz"
Müharibə naziri: İranla razılaşma əldə olunmasa, ABŞ hərbi əməliyyatları yenidən başlatmağa hazırdır
Bloomberg: İranın Küveytə zərbəsi nəticəsində bir neçə amerikalı yüngül xəsarət alıb
İran məhkəməsi daha bir etrazçını ölümə məhkum etdi
Milli fəalların məhkəməsi oldu- Lisani, Kari və Xeyrcu qatılmadılar
Meksika da İran millisinə viza verməyib
İran rəsmilərinin villaları müsadirə olunacaq - Bessent
Məsud Pezeşkian hökumət iclasında çıxış etdi - Davam edəcəyəm
AP: ABŞ blokadanı yarmağa çalışan ticarət gəmisini sıradan çıxarıb
Tanınmış Qaşqay şair və tədqiqatçı İlyas Bəhrampur Laçın vəfat edib
Dəniz minaları Oman sularında da müşahidə olunub