SON XƏBƏRLƏR

Rus tankları hara gedir?

2021.10.20, 07:36
Rus tankları hara gedir?

Gunaz.tv
Rus tankları hara gedir? "Rusiya tankları Tiflisi mühasirəyə almağa çalışır. Paytaxtımızı son damla qanımıza qədər müdafiə edəcəyik. Biz heç vaxt ruslara təslim olmayacağıq". Gürcüstan prezidenti Mixail Sakaşvili dünən CNN telekanalına verdiyi müsahibəsində bildirib ki, Rusiyanın 60 tank, zirehli transportyor və yük maşınlarından ibarət karvanı Tiflisə tərəfə hərəkət edir. Dünən axşam AFP agentliyi bildirib ki, karvan Tiflisə çatmamış sola dönüb. Bu arada Gürcüstan tərəfi Moskvada razılaşdırılmış sənəddəki 6 prinsipdən birini qəbul etməyib. Gürcüstan prezidenti Mixail Saakaşvili bildirib ki, Abxaziya və Cənubi Osetiyanın gələcək statusunun müəyyənləşdirilməsi məqsədilə beynəlxalq müzakirələrin başlanması barədə müddəa sənəddən çıxarılıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə dünən keçirdiyi mətbuat konfransında regionda olan Rusiya hərbçilərinə beynəlxalq statusun verilməsinin gələcəyin işi olduğunu deyib: "Cənubi Osetiya və Abxaziyanın təhlükəsizliyi ilə bağlı məsələlər, siyasi statusun müzakirəsi aparılmadan mümkün deyil". Onun sözlərinə görə, münaqişənin həlli ilə bağlı Rusiya və Fransa prezidentlərinin razılığı ilə hazırlanmış və rəsmi Tiflisə təklif edilmiş 6-cı bənd rəsmi Moskva ilə razılışdırılmışdı. "Sonuncu 6-cı bənd daha vacibdir. Bu bənddə əsasən əvvəlcə Abxaziya və Cənubi Osetiyada təhlükəsizliyin möhkəmləndirilməsi məsələləri müzakirə edilməlidir. Bu bəndlə bağlı bir neçə təkliflər var idi. Moskvada müzakirə edilən variantlarda Abxaziya və Jənubi Osetiyanın statusunun müzakirəsinin də daxil edilməsi güman edilirdi. Mətndə edilən düzəlişlər əsasən, "Cənubi Osetiya və Abxaziyanın siyasi statusunun beynəlxalq müzakirəsi" sözü çıxarılaraq "Gürcüstanın bu regionlarındakı ərazilərində təhlükəzisizlik və stabillik üçün beynəlxalq danışıqlar aparılmalıdır" sözü əlavə edilib", - Rusiyanın XİN başçısı deyib. Bu isə faktiki olaraq Moskvanın "Cənubi Osetiyanın müstəqilliyi" məsələsini müzakirələrə çıxarmaq istəyindən xəbər verir. Rusiyaya səfərini başa vuraraq Gürcüstana yollanan Fransa prezidenti Nikola Sarkozi prezident Mixail Saakaşvili ilə danışıqlar aparıb. Gürcüstan prezidenti atəşkəsin təmin olunması haqda sənədi imzalasa da, Nikola Sarkozi və Dmitri Medvedevin Abxaziya və Cənubi Osetiya münaqişələrinin həllinə dair razılaşdırdıqları 6 prinsipdən birini qəbul etməyib. Mixail Saakaşvili bildirib ki, müxtəlif yozumlara əsas yaratdığı üçün Abxaziya və Cənubi Osetiyanın gələcək statusunun müəyyənləşdirilməsi məqsədilə beynəlxalq müzakirələrin başlanması barədə müddəa çıxarılıb. N.Sarkozi də maddənin D.Medvedevin razılığı ilə çıxarıldığını açıqlayıb. Onun sözlərinə görə, əsas məsələ odur ki, hər cür hərbi fəaliyyətlərin dayandırılması ilə bağlı razılıq əldə olunub. Qori şəhəri isə dünən səhərdən axşamadək Qori şəhərini aramsız olaraq bombalayıb. Gürcüstan Təhlükəsizlik Şurasının katibi Kaxa Lomayanın dediyinə görə, Rusiya şəhərə 50 zirehli texnika yeridib. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının rəis müavini Anatoli Noqovitsın bəyan edib ki, Tiflis istiqamətdə heç bir zirehli texnika hərəkət etmir. "Qoridəki mifik tanklarımıza gəldikdə isə, tam məsuliyyətlə deyirəm: orada tanklarımız yoxdur və ola da bilməz. Gürcüstan tərəfi həmişə olduğu kimi, yenə də dezinformasiya yayır", - A.Noqovitsın bildirib. Gürcüstanın səhiyyə naziri Sandro Kvitaşvili dünən deyib ki, avqustun 8-dən başlamış hərbi əməliyyatlar nəticəsində ölkənin 175 vətəndaşı həlak olub. "Tələfatla bağlı konkret məlumatlarımız yoxdur, çünki Sxinvali rayonundakı gürcü kəndlərinə girə bilmirik". Rusiyanın Müdafiə Nazirliyi isə bildirib ki, hərbi əməliyyatlarda 74 rusiyalı sülhməramlı həlak olub. Gürcülərin Cənubi Osetiyaya girməsi zamanı 1600 osetin öldürülüb. Dünən axşam Gürcüstan parlamenti növbədənkənar iclasında "İşğal edilmiş ərazilər haqqında" qanun layihəsini qəbul edib. Spiker David Bakradzenin dediyinə görə, qanun hazırda Rusiya Silahlı Qüvvələrinin yeridildiyi bütün bölgələri işğal edilmiş ərazilər elan edir. express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar