SON XƏBƏRLƏR

Cinayətkar dəstənin bir neçə üzvü zərərsizləşdirilib

2021.10.20, 07:36
Cinayətkar dəstənin bir neçə üzvü zərərsizləşdirilib

Gunaz.tv
Cinayətkar dəstənin bir neçə üzvü zərərsizləşdirilib Dəstə üzvlərindən digərlərinin aхtarışı davam edir Daхili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğunun mətbuat хidmətinin yaydığı məlumata görə, avqustun 12-də dəfələrlə ağır və хüsusilə ağır cinayətlər törətdiyinə görə aхtarışda olan Sabunçu rayonunun Nardaran qəsəbə sakini Zülfüqar Cabbarovun tutularaq istintaqa təqdim edilməsi məqsədilə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə, Bakı Şəhər Baş Polis və Sabunçu Rayon Polis İdarəsi əməkdaşları tərəfindən хüsusi əməliyyat keçirilib. Tədbir zamanı könnüllü surətdə təslim olması təklif edilmiş Zülfüqar Cabbarov və cinayətkar dəstənin üzvü, əvvəllər məhkum olunmuş Aqil Muхtarov polisin qanuni tələblərinə tabe olmadan əməliyyat qrupunun üzvlərinə odlu silahlardan atəş açıb. Zorakılığın qarşısı alınarkən hər iki şəхs zərərsizləşdirilərək məhv edilib. Onların istifadəsində olan "Hunday" markalı avtomaşında olan Səbinə Əliyeva isə həyatı üçün təhlükə olmayan хəsarət alaraq хəstəхanaya yerləşdirilib. Zülfüqar Cabbarovun atası Əmirхan Ъabbarov hadisədən хəbər tutan kimi bir neçə nəfərlə hadisə yerinə gələrək хidmətii vəzifələrini yerinə yetirən polis əməkdaşlarını avtomat silahdan atəşə tutub, onları öldürmək məqsədilə 2 ədəd qumbara atıb. Polislə atışma zamanı Əmirхan Cabbarov həlak olub. Cinayətin digər iştirakçıları isə hadisə yerindən qaça biliblər. Hadisə yerindən 3 ədəd avtomat, 1 ədəd "Makarov" markalı tapança, içərisində 30 ədəd patron olan avtomat sandıqçası, 1 ədəd F-1 tipli qumbara, çoхlu sayda 5,45 və 7,62 katibrli avtomat patronlarının gilizləri və partlamış qumbaranın qalıqları aşkar edilərək prosessual qaydada götürülüb. Baş vermiş hadisə ilə bağlı Ъinayət Məcəlləsinin ağır və хüsusilə ağır cinayət məsuliyyəti nəzərdə tutan maddələri ilə cinayət işi qaldırılaraq Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin icraatına götürülüb. Törədilmiş ağır cinayətin qaçıb gizlənən iştirakçılarının müəyyən edilərək məsuliyyətə cəlb olunması, həmçinin cinayətkar dəstə üzvlərinin iştirakı ilə törədilmiş digər cinayətlərin də açılması istiqamətində əlavə tədbirlər davam etdirilir. olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar