SON XƏBƏRLƏR

Novruz Məmmədov: Xaricdə Azərbaycanın xüsusiyyətlərini dərindən başa düşməyənlər var

2021.10.20, 07:36
Novruz Məmmədov: Xaricdə Azərbaycanın xüsusiyyətlərini dərindən başa düşməyənlər var

Gunaz.tv
"Xaricdə Azərbaycanın xüsusiyyətlərini dərindən başa düşməyənlər var" novruz.jpg Novruz Məmmədov: "Prezident seçkiləri zamanı hansısa bir problemin, gözlənilməz məqamın olacağına, yaşanacağına inanmıram" Prezidentin İcra Aparatının (PA) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Növruz Məmmədov ənənəvi müxalifətin prezident seçkilərinə qatılmamasını onların gücsüzlüklərini, məğlubiyyətə uğrayacaqlarını əvvəlcədən dərk etmələrinin etirafı sayır. Rəvan Məmmədli Onun sözlərinə görə, həmin qüvvələrin seçkilərə qatılmaması seçki prosesinə heç bir halda mənfi təsir göstərmir və göstərməyəcək. Şöbə müdiri deyir ki, prezident seçkiləri azad, sərbəst, ədalətli, demokratik, şəffaf keçiriləcək və Azərbaycan xalqının, seçicilərin öz iradəsini ifadə etmək imkanı olacaq. "Seçkilərin demokratikliyi, seçicilərin öz iradəsini azad ifadə etməsilə bağlı heç bir problem yaşanmayacaq. Bu, başqa bir məsələdir ki, ölkədə bəzi qruplar yalnız öz maraqları çərçivəsindən Azərbaycanın xoşbəxtliyini, rifahını, gələcəyini görürlər. Onlar Azərbaycanın gələcəyini başqa cür təsəvvür etmirlər. Demək istəyirəm ki, Azərbaycanda da seçkilərlə, digər məsələlərlə bağlı müəyyən narazılıqların olması və bununla əlaqədar dünya ictimaiyyətinin addımlar atmasına cəhd göstərən qüvvələr var. Bunlar da təbiidir, bunları biz də görürük, hiss edirik". Novruz Məmmədov bu gün Azərbaycanda reallaşdırılan infrastruktur layihələrini də önəmli sayır. O dedi ki, ümumilikdə, Azərbaycanda gedən bütün proseslər, şübhəsiz xalqın və seçicilərin gözünün qabağındadır: "Ona görə prezident seçkiləri zamanı hansısa bir problemin, gözlənilməz məqamın olacağına, yaşanacağına inanmıram. Düzdür, xaricdə, müxtəlif yerlərdə gedən bu inkişafı görə bilməyənlər, görməməzliyə vuranlar, Azərbaycanın xüsusiyyətlərini dərindən başa düşməyənlər var. Onlar istəyirlər ki, Azərbaycanda birdən-birə sürətli proseslər baş versin və gözləri qarşısında istədikləri ölkə dayansın. Bu ölkə marionetka da ola bilər. Amma bu düzgün və mümkün deyil. Dostlar da, digərləri də düşünməlidirlər ki, Azərbaycanın özünün tarixi, mədəniyyəti, mentaliteti, adət-ənənələri var və demokratiyaya gələnlərin hər biri də özünə uyğun olan yolla bu prosesə gəlib çatmalıdır. Bu baxımdan, Azərbaycanın da bu yolla getməsinə, irəliləməsinə ehtiyac var. Belə düşünürəm ki, biz bu yolla çox düzgün istiqamətdə gedirik. Bu yolda heç kim bizim qarşımıza maneə, problem çıxara bilməz və bilməyəcək". xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar