SON XƏBƏRLƏR

Qədim yaşayış məskəni aşkarlandı

2021.10.20, 07:36
Qədim yaşayış məskəni aşkarlandı

Gunaz.tv
Qədim yaşayış məskəni aşkarlandı Naxçıvan Muxtar Respublikasının (MR) Ordubad rayonunda qədim yaşayış məskəni aşkarlanıb. AMEA Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Bəhlul İbrahimovun APA-nın Naxçıvan bürosuna verdiyi məlumata görə, rayonun "Xaraba gilan" kompleksinin Plovtəpə hissəsində aparılan arxeoloji qazıntılar zamanı tapılan qədim evlərin qalıqları, daş alətlər, müxtəlif məişət əşyaları burada aşkarlanan yaşayış məskəninin ilk tunc dövrünə aid olduğunu göstərir. Ərazidə bir neçə tip formada qəbir də aşkarlanıb ki, ətrafına sal döşənmiş belə qəbirlərin istiqaməti şərq-qərb istiqamətə olmaqla gündoğana tərəfdir. Bu cür qəbirlərə Azərbaycan ərazisində dəfələrlə rast gəlinib. Ərazidə arxeoloji qazıntılar davam etdirilir. adalet ------------------------------------------------------------------ Aleksandr Lukaşenko Rusiyanı şoka salıb Minsk – APA. Belarus hakimiyyətinin Cənubi Osetiya hadisələrinə reaksiyasız qalması Rusiyanın təəccübünə və etirazına səbəb olub. APA-nın “Vzqlyad” qəzetinə istinadən verdiyi məlumata görə, Rusiyanın Belarusdakı səfiri Aleksandr Surikov Belarusun mövqeyindən narahat olduqlarını bildirib: ”Belə məsələlərə dəqiq münasibət bildirmək lazımdır. Üstəlik, biz ittifaq dövlətiyik. Cənubi Osetiyada soyqırıma məruz qalan vətəndaşlar həm də Belarus vətəndaşlarıdır”. A. Surikov deyib ki, Belarus tərəfinin olaylara münasibəti XİN-in ikinci dərəcəli məmurunun narahatlıq bildirməsi ilə məhdudlaşıb: “Biz həmişə beynəlxalq təşkilatlarda Belarusu müdafiə etmişik. İndi Belarus dövlət orqanları və hakimiyyətinin susqun qalmasının səbəbi bizə aydın deyil”. Diplomat Belarusun hətta humanitar yardım da təklif etmədiyini söyləyib. Gürcüstanın MDB-dən çıxmaq qərarına münasibət bildirən Rusiya Dövlət Dumasının sədr müavini Lyubov Sliska da Belarusun mövqeyindən narazılığını ifadə edib: “Rusiya hər kəsin susduğu və yaxasını kənara çəkdiyi MDB-nin ona lazım olub-olmadığını fikirləşməlidir”. Bu tənqid və iradlardan sonra prezident Aleksandr Lukaşenkonun çıxışı isə Rusiyanı şoka salıb. Xarici siyasətin prioritetlərinə dair xarici işlər naziri Aleksandr Martınenkonun məruzəsini dinləyən A. Lukaşenko ABŞ və Avropa Birliyi ilə münasibətləri yaxşılaşdırmağı məsləhət görüb. Belarus prezidenti bununla bağlı konkret tapşırıqlar verib. apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar