SON XƏBƏRLƏR

Valdas Adamkus: “BMT Qafqaza beynəlxalq silahlı qüvvələr yerləşdirməlidir”

2021.10.20, 07:36
Valdas Adamkus: “BMT Qafqaza beynəlxalq silahlı qüvvələr yerləşdirməlidir”

Gunaz.tv
Valdas Adamkus: “BMT Qafqaza beynəlxalq silahlı qüvvələr yerləşdirməlidir” Vilnüs – APA. Litva prezidenti Valdas Adamkus BMT-ni Qafqazda azadlığı müdafiə etmək üçün bölgəyə beynəlxalq silahlı qüvvələr yerləşdirməyə çağırıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, V. Adamkus Tiflisdə Gürcüstan, Ukrayna, Polşa, Latviya və Estoniya liderləri ilə birlikdə keçirdiyi mətbuat konfransında bütün işğalçı qoşunların beynəlxalq qüvvələrlə əvəz olunmasının zəruriliyini vurğulayıb: “Dünya nəhayət, ayılmalı və regionda təhlükəsizliyin təminatı üçün real tədbirlər görməlidir. Əgər belə olmasa, bir gün hadisələr bu regiondan kənara çıxacaq”. V. Adamkus hesab edir ki, BMT kağız üzərində qalan qətnamələrdən fərqli bir qərar tapmalıdır. apa ------------------------------------------------------------------- Rusiya hərbçiləri Poti limanındakı gürcü gəmilərini batırıblar Tiflis – APA. Rusiya qoşunları avqustun 13-nə keçən gecə Gürcüstan Hərbi Donanmasına məxsus bir neçə gəmini batırdıqdan sonra Poti limanını tərk edib. APA-nın xəbərinə görə, bu məlumatı dünyaya Potidəki yerli radiostansiyanın jurnalisti yayıb. O, “Azadlıq” radiosunun Gürcüstan bürosuna açıqlamasında gəmilərin dənizin ortalarına aparılaraq batırıldığını bildirib. Yalnız sərhəd mühafizə xidmətinin iki kateri xilas ola bilib. İnformasiyanı Gürcüstan Milli Təhlükəsizlik Şurasının katibi Aleksandr Lomaya da təsdiqləyib. Onun sözlərinə görə, Potinin meri rus hərbçilərindən xahiş edib ki, gəmilər heç olmasa limanda batırılmasın: “Bundan sonra Rusiya hərbçiləri partlayıcı götürərək gəmiləri dənizə aparıb sahildən bir qədər uzaqda batırıblar”. apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar