SON XƏBƏRLƏR

Əzim Qədiminin məhkəməsi olacaq, Din xadimi Təbriz məhkəməsinə gətirilib

2021.10.20, 07:36
Əzim Qədiminin məhkəməsi olacaq, Din xadimi Təbriz məhkəməsinə gətirilib

Gunaz.tv
Əzim Qədiminin məhkəməsi olacaq Din xadimi Təbriz məhkəməsinə gətirilib Güney Azərbaycan Milli Hərəkatının fəallarından biri, din xadimi Əzim Qədimi Təbriz məhkəməsinə aparılıb. GAMOH-un Quzey Azərbaycan təmsilçiliyindən "OLAYLAR"a verilən məlumata görə, məhkəməyə Qum həbsxanasından aparılıb. Məlumata görə, onun məhkəməyə aparılması 2007-ci ildə keçirilən Məşrutə hərəkatının ildönümü ilə bağlı tədbirlərdə iştirak etməsi ilə bağlıdır. Qeyd edək ki, din xadimi separatçılıqda, milli təşkilatlarda iştirakda suçlandırılır. olaylar ------------------------------------------------------------------------- Ermənistan Arazı çirkləndirir Çayda mis birləşmələri normadan artıq qeydə alınıb Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti cari ilin 8 ayı ərzində ölkə ərazisində müxtəlif istiqamətlərdə araşdırmalar aparıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən "OLAYLAR"İA-ya verilən məlumata görə, atmosfer havasının çirklənməsinin monitorinqi departamentinin əməkdaşları tərəfindən ölkənin 8 iri sənaye şəhərində-Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Naxçıvan, Lənkəran və Şəkidə yerləşən 26 müşahidə məntəqəsində aparılıb. Atmosfer havasının fon tərkibi, spesfik zərərli maddələr üzrə sözügedən şəhərlərdən 44776 nümunə götürülüb və həmin nümunələr üzərində 18 adda 47166 analiz aparılıb. Monitorinqin nəticələrinə görə, Bakı şəhərində Nizami, Nərimanov, Xətai və Yasamal rayonlarında ayrı-ayrı günlərdə toz və xlorun orta sutkalıq qatılığı 1,3 dəfə, azot dioksid 1,25 dəfə yol verilən qatılıq həddindən artıq olub. Səth sularının çirklənməsinin monitorinqi 42 su obyekti üzrə 50 müşahidə məntəqəsində və eləcə də Qazax və Beyləqan analitik tədqiqat laboratoriyalarında aparılıb. Ermənistan tərəfindən çirklənməyə məruz qalan Araz çayında da mis və fenolların miqdarı normadan dəfələrlə artıq müşahidə edilib. Analizlərin təhlili göstərir ki, Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 6, mis birləşmələri 10, Bəhrəmtəpə və Şahsevən məntəqələrində fenollar 5, mis birləşmələri isə 5-7 dəfə YYQH-ı keçib. Ölkə ərazisində torpaqların fon tərkibinin ağır metallarla və neft məhsulları ilə çirklənməsinin öyrənilməsi məqsədilə "Bakı-Bibiheybət", "Suraxanıneft", "Binəqədineft", Tağıyev və Fikrət Əmirov adına NQÇİ-lərin ərazilərində, "Balaxanıneft" NQÇİ-nin yaxınlığında yerləşən Sabunçu qəsəbəsinin ərazisində və buruqlar arasından götürülmüş 536 nümunə üzərində 1602 kimyəvi analiz aparılıb. Analizlərin nəticələrinə görə, neft məhsullarının miqdarı "Binqəqədineft" NQÇİ-nin ərazisində 11-25, "Balaxanıneft" NQÇİ-nin ərazisində 14-43, Əmirov adına NQÇİ-nin ərazisində 14-56, Suraxanı qəsəbəsinin ərazisində isə 4-13 dəfə normanı keçib. Abşeron yarımadasının göl və digər su obyektlərində, özəl obyektlərdə quraşdırılmış fiziki təsir mənbələri üzərində səyyar monitorinqlər, o cümlədən yeni istifadəyə verilmiş Zığ-Aeroport yolunun ətraf ərazilərinin monitorinqi keçirilib, çirklənmiş ərazilər müəyyənləşdirilib, su hövzələrinin təmizlənməsinə dair təkliflər hazırlanıb. olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar